Məhkəmə qərarları › İş №3(027)-67/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-67/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-67/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Protokolu tərtib edən X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 oğlunun və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbyacanr Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında qeydiyyatda olan və yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən X4 03 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Timiryazev qəsəbəsində yerləşən “480 Club” çay evinə “COVİD-19” pasportu olmayan vətəndaşlara xidmət göstərərək, xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14 tərəfindən Şəxs barəsində 04 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X14 bildirdi ki, X4 03.09.2021-ci il tarixdə Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “480 Club” çay evinə gələrək “Covid 19” pasportu olmayan vətəndaşlara xidmət göstərib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 özünü təqsirli bilməyərək göstərmişdir ki, Quba şəhəri Timiryazev Qəsəbəsində yerləşən onun icarə müqaviləsi əsasında işlətdiyi “480-Club” çay evinin giriş hissəsinə 03.09.2021-ci il tarixində təxminən axşam saat 22:00 radələrində üç nəfər tanmadığı şəxs daxil olmuşdur. Onun işçisi X6 həmin üç nəfər şəxsi karantin qaydalarına uyğun olaraq-xüsusi proqram vasitəsi ilə yoxlayaraq çay evinə buraxmışdır. Belə ki, həmin şəxslər “Covid 19” pasportlarının olmasını, lakin üzərlərində halhazırda kağız formasında həmin pasportların olmamasını, mobil telefonlarında isə həmin pasportların şəkillərinin olmasını bildirərək Aylin xanıma həmin şəkilləri göstərmişlər. Bundan sonra həmin şəxslər obyektə daxil olaraq pivə içmişlər. Bir müddətdən sonra işçilərdən biri onlara yaxınlaşaraq hesabı istədikdə, onlardan bir nəfər ona yaxınlaşaraq vaksin olunması barədə “Covid 19” pasportlarının üzərlərində olmadığı halda onları içəri buraxıb, xidmət göstərilməsini bildirərək, hesabı ödəməkdən imtina edərək, şantaj etməyə və ucadan nalayiq söyüşlər söyməyə başlamışdır, öz növbəsində onların masasının yığışdırılmasına göstəriş vermiş və sonra dərhal Quba RPŞ-nin növbətçi hissəsinə zəng edərək polis çağırmışlar. Polis əməkdaşları gəldikdə həmin tanımadığı üç nəfər şəxs polisin tələblərinə qəsdən tabe olmadıqlarına və ucadan nalayiq söyüşlər söydüklərinə görə polis əməkdaşları tərəfindən Quba RPŞ-nə aparılaraq barələrində AR İXM-nin 510 və 535.1-ci maddələridə əsasən protokol tərtib edilərək, Quba rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişlər. Hesab edir ki, o, heç bir inzibati xəta törətməmiş, əməlində inzibati xətanın tərkibi yoxdur. Göstərdiklərini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi X1 Binətəliyevin əməlində hər hansı inzibati xəta tərkibi olmadığını, həmçinin müddət ötürüldüyü üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli, 3(027)- 708/2021 saylı qərarına əsasən, Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-590/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)-708/2021 saylı, 04 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati material yenidən araşdırılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə 15.11.2021-ci il tarixli, 3(027)-708/2021 saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17.12.2021-ci il tarixli, 3(105)-748/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material üzrə Quba rayon Məhkəməsinin 3(027)-708/2021 saylı 15.11.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Quba rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X20 Quba Rayon Mərkəzi Xəstəxanasının 07 fevral 2022-ci il tarixli, 153 №li sorğuya cavab məktubundan görünür ki, Quba Naxçıvan MR, Naxçıvan şəhəri 29 ünvanında qeydiyyatda olan, 21.03.1989-cu il təvəllüdlü, X5, Naxçıvan şəhər poliklinikasında İ doza “Sinovac” 02.03.2021-ci il tarixdə, İİ doza “Sinovac” 30.03.2021- ci il tarixdə vaksin vurdurmuşdur. Naxçıvan şəhəri, Şərur rayonunda qeydiyyatda olan, 13.02.1989-cu il təvəllüdlü, X10, Quba RMX-da İ doza “Sinovac” 16.09.2021-ci il tarixdə, İİ doza “Sinovac” 14.10.2021-ci il tarixdə vaksin vurdurmuşdur. Naxçıvan şəhəri Şərur rayonunda qeydiyyatda olan 26.03.1986-ci il təvəllüdlü, X9, Quba RMX-da İ doza “Sinovac” 16.09.2021-ci il tarixdə İİ doza “Sinovac” 14.10.2021-ci il tarixdə vaksin vurdurmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-712/2021 saylı, 04.09.2021-ci il tarixli qərarı ilə, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-714/2021 saylı, 04.09.2021-ci il tarixli qərarı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, X4 barəsində 04 sentyabr 2021-ci il tarixdə protokol tərtib olunmuş, inzibati xəta 03.09.2021-ci il tarixdə törədilmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək, yəni 04 dekabr 2021-ci il tarixədək inzibati tənbeh verilməli olduğu halda, həmin müddət ötürülmüş bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar