Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-67/2024 22.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN:xxxxxxx), evdar qadın, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və hımin qəsəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:00-da vətəndaş Zərərçəkmiş şəxs itəliyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ildən onun gəlinidir və oğlu Muradla birlikdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində yaşadığı evdə pol ağacı ilə evləri silmiş, həmin vaxt Gülnar dini dualara qulaq asaraq ona qarğış etmiş, bu səbəbdən aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Gülnar saçından tutub dartmış, o, Gülnarı itələmiş, Gülnar geriyə getmiş, sonra pol ağacını yerdən götürüb onu vurmaq istəmiş, o, pol ağacını Gülnarın əlindən alıb yerə atmış və Gülnar həyətə qaçdığı üçün mübahisələri başa çatmışdır. Mübahisələri təxminən 5 dəqiqə davam etmiş, mübahisə zamanı evdə ikisi olmuşdur. Mübahisə zamanı özünü müdafiə etmək üçün Gülnarı itələmişdir. İfadəsinin sonunda ərizə təqdim edərək Starə ilə barışdığını və barəsində tərtib olunmuş inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2020-ci ildə X6 ilə ailə qurmuş, həmin vaxtdan Murada məxsus Timiryazev qəsəbəsində yerləşən evdə qaynanası Şəxs ilə birlikdə yaşayırlar. 2021-ci ilən Starə ilə aralarında münaqişələr olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində yaşadığı evdə dini dualara qulaq asmış, Starə onun cadu etdiyini deyərək mübahisə etmiş, mübahisə zamanı pol ağacının sapıyla belinə vurmuş, daha sonra onu itələmiş və o, otağın divarına dəymişdir. Sonra o, küçəyə qaçmış və bununla da mübahisə başa çatmışdır. Mübahisə 5 dəqiqə davam etmiş, həmin vaxt evdə ikisi olmuşdur. Mübahisə zamanı Starə onu vurduğu üçün özünü müdafiə etmək üçün onu itələmişdir.O, ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 yanvar 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 11 nömrəli, 04 yanvar 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1990-cı il təvəllüdlü X2 məhkəmə tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər - belində solda qançır, hər iki əlin barmaqlarında sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 04 yanvar 2024-cü il tarixinə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-67/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-67/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver