Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-671/2024 12.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 nümayəndəsi X12 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 inzibati tənbeh vermə haqqında 07 avqust 2024-cü il tarixli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmət Quba-Xaçmaz regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilməsilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. O, həmin qərarla razılaşmır. Ona görə ki, onun barəsində şikayət edən X8 dedikləri tamamilə əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmət Quba-Xaçmaz regional şöbəsi həmin məlumatları araşdırmadan, sübutlar toplanılmadan X8 yazdığı (X2 olduğundan belə bir izahat yaza bilməzdi, həmin izahatı qərar qəbul edən şöbədə yazılması daha inandırıcıdır) izahat əsasında qərar qəbul etmişdir. Ən əsası barəsində inzibati xəta haqqında protokol tərtib edib, qərar qəbul edən orqan sübut etməli idi ki, o, X9 əmək müqaviləsi bağlamadan işlətmişdir. Quba rayonu, Aşağı Atuc kəndində torpaq sahəsi vardır. Orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldur. O, torpaq sahəsini alanda ərazinin daxilində yarı sökülmüş vəziyyətdə ferma tikilisi mövcud idi. X14 həmin torpaq sahəsində olan yarım tikilidə keçi və qoyun saxlayırdı. O, həmin ərazini rəsmi qaydada alqı-satqı yolu ilə aldıqdan sonra ondan burada qalmağa davam edib heyvanları saxlamağa davam etməsini xahiş etmişdir. O, da etiraz etməmişdir. Bir müddətdən şərikli heyvan saxlamağa davam etmişlər. Bir müddət belə davam etdikdən sonra bu fəaliyyətdən o, həmişə zərərlə çıxdığı üçün bunu dayandırmaq qərarına gəlmişdir. Bu hadisə təxminən 2 il bundan qabaq olmuşdur. Təxminən iki ildir ki, onlar şərikli fəaliyyət göstərmir. Ondan daha birgə şərikli fəaliyyət göstərmədikləri üçün torpaq sahəsində olan tikilini tərk etməsini tələb etmişdir. Birgə şərikli fəaliyyətində sadəcə onun zərər gördüyünə baxmayaraq X14 ondan əsassız olaraq maddi vəsait tələb edib və şikayət edəcəyini bildirməklə hədələmişdir. Bundan sonra, həmin ərazidən çıxmaması üçün ondan ziyan (pul) tələb etməsi barədə müxtəlif orqanlara şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmət Quba-Xaçmaz regional şöbəsinə şikayət edən zaman ona inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas izahatı olmuş, bundan sonra onun barəsində inzibati xəta haqqında qərar qəbul etmişlər. X14 ilə onun arasında heç vaxt əmək münasibətləri olmamışdır. Onunla birlikdə şərlikli olaraq heyvan saxlamışlar. Onların arasında mülki münasibətlər olmuş, onlar podrat müqaviləsinə əsasən təxminən iki il bundan əvvələ kimi işləmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən podrat müqaviləsi şifahi formada da bağlana bilər. Əgər o, X9 işçi kimi işlətsəydi, o zaman 2019cu ildən şikayət edərdi. Bundan başqa əgər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmət Quba-Xaçmaz regional şöbəsi iddia edirsə ki, o, əmək müqaviləsi olmadan işçi işlətmişdir, X14 ilə aralarında podrat müqaviləsi ilə bağlı münasibətlər son iki ildir ki, kəsilmişdir. Belə olan halda bir illik müddət belə ötmüşdür. Şikayət verən şəxs X6 məhkəməyə teleqram ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4 nümayəndəsi X16 şikayəti qəbul etməyərək bildirmişdir ki, X1 Arif Nurbala oğlunu Quba rayonu, Aşağı Atuc kəndində yerləşən fermada 2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. O, yalnız həmin təsərrüfatda ailəsi ilə birlikdə çalışarsa əmək müqaviləsi bağlamaya bilər. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmədə şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki, X5 2020-ci ildən tanıyır. Belə ki, o ailəsi ilə birlikdə Quba rayonu, Aşağı Atuc kəndində yerləşən fermada heyvan saxlamışlar. Həmin vaxt ferma boş olmuşdur. O, 2020-ci ilin payızından həmin fermada olmuş, daha sonra fermanın yerləşdiyi torpaq sahəsini X6 almış və orada bağ salmışdır. 2020-ci ilin noyabr ayında Mübariz ona orada gözətçi kimi işləyərək, bağa nəzarət eləməsini təklif etmiş, əvəzində hər ay 300 manat verəcəyini bildirmişdir. Daha sonra 2021-ci ilin yazında ona bağı sulamağı təklif etmiş, lakin pulunu verməmişdir. Dəfələrlə pulunu tələb etsə də imkan olduqda verəcəyini bildirmişdir. Onu da qeyd etmişdir ki, 28 ay hər ay 300 manat alaraq çalışmışdır. Lakin suvarma ilə əlaqədar olan pulunu almamışdır. X3 ona olan borcu 25-26 min manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X1 Arif Nurbala oğlunu Quba rayonu, Aşağı Atuc kəndində yerləşən fermada 2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 rəisi X10 tərəfindən X6 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 07 avqust 2024-cü il tarixli qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba–X11 rəisi X10 tərəfindən qəbul edilmiş MN ******* saylı, 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-671/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-671/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver