Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-672/2020 20.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda X3 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində göstərmişdi ki, o, karantin dövründə dəfələrlə Bakı-Quba istiqamətində evinə gedib gəlmişdir. Qeyd edir ki, özü Quba rayonunda anadan olmuşdur, ünvan 1 mənzil 29 ünvanında qeydiyyatdadır və yaşayır. Zərurətlə əlaqədar Xırdalan şəhərində yerləşən evinə gedib-gəlir. Lakin son dəfə xx xxxx 2020-ci il tarixdə Bakı şəhərinə yola düşərkən Bakı istiqamətində yerləşən postda sənədləri təqdim etmiş və yaşayış yerinin Xırdalan şəhəri olduğunu illərdir, orada yaşadığını (sürücülük vəsiqəsində qeyd olunmuşdur) bildirmiş və YPX əməkdaşı sənədləri yoxlamış, maşınında qeydlər aparmış və hər hansı bir qaydanın pozulması barədə heç bir xəbərdarlıq və ya məlumat verməmişdir, əksinə onu Bakı istiqamətinə buraxdığını, Bakı şəhərinə əgər daxil olarsa, ora hərəkət üçün 10 gün ərzində aidiyyatı qurumlardan müvafiq icazə almasını, lakin geri Qubaya qayıtmağa icazə verilməyəcəyini bildirmişdir. Bu səbəbdən o, Bakıya icazə verildiyi halda, Bakı şəhəri istiqamətində daxil olmayıb qayıdaraq Quba rayonu istiqamətində hərəkətə başlamışdır. 1 saatdan sonra evə çatarkən Asan pay mobil tətbiqi vasitəsilə ona göndərilən sms-də onun İXM-in 211.1-ci maddəsi ilə cərimə olunması barədə İXP ******* nömrəli protokol tərtib olunması göstərilmişdir. Eyni zamanda qeyd etmişdir ki, ona hər iki istiqamətdə (Bakı-Quba) icazə verildiyi, heç bir qaydanın pozulmadığı halda, YPX əməkdaşı xəbərdar etmədən, heç bir səbəb göstərilmədən protokol tərtib edilmişdir. Bütün söylədiklərinin əsası, təsdiqi olaraq maşınında olan “video qeydiyyatı cihazın”-da qeyd olunmuşdur. Bildirilmişdir ki, aidiyyatı qurumlardan 10 gün ərzində icazə alınmazsa, cərimə olunacaq və 1 saat sonra xəbərsiz şəkildə cərimə yazılmışdır. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtdi. İşə baxılmasının yeri və vaxtı barədə X2 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 məlumat verilsə də, X3 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə işə X1 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki,X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədəX1ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-672/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-672/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver