Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-672/2021 10.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 müdafiəçisi X3 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 müdafiəçisi X9 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat cərimə edilmişdir. Hal-hazırda X2 müdafiəçisi X9 şikayət ilə Quba rayon Məhkəməsinə müraciət edərək, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X2 müdafiəçisi X9 bildirdi ki, 01 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Quba regional ərazi şöbəsinin baş əmək müfəttişi X13 inzibati xəta haqqında MN ******* saylı iş üzrə, İXM-nin 192.1-ci maddəsinə əsaslanmaqla, müdafiəçisi olduğum X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş (protokolun surəti əlavə olunur), 09 iyul 2021-ci il tarixində isə Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Quba regional ərazi şöbəsinin rəisi X6 barəmdə 3000 (üç min) manat məbləğində cərimənin tətbiqinə dair inzibati tənbeh haqqında ******* saylı qərar qəbul etmişdir (qərarın surəti əlavə olunur). Aşağıdakı dəlillərə və hüquq normalarına görə qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir:İnzibati tənbeh inzibati xətanın törədildiyi iddia olunan gündən (2020-ci ilin sentyabr-oktyabr ayları) 9 (doqquz) ay keçdikdən sonra verilmişdir. İnzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsi prosesi qanunla müəyyən edilmiş qaydada aparılmamışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraz və vəsatət vermək hüquqları, habelə iş üzrə sübutların araşdırılması prosesində iştirakı təmin olunmamış və izahatı alınmamışdır. Halbuki, protokolun qanuniliyini və əsaslılığını mübahisələndirmək üçün F.Yaqubovun kifayət qədər əsası olmuşdur: inzibati xəta haqqında protokol ciddi qüsurlarla tərtib edilmiş, faktiki olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılmamış, Protokolda da qeyd edildiyi kimi, inzibati xəta faktının mövcudluğu yalnız Quba rayon Polis Şöbəsinin 21.06.2021-ci il tarixli məktubu ilə təsdiq olunmuşdur, Protokolda F.Yaqubovun direktoru olduğu “D.X7” MMC-nin işçisi kimi göstərilən şəxsin, Cəmiyyətə aidiyyətinin olubolmaması ilə bağlı izahat vermək imkanı da daxil olmaqla, ümumiyyətlə protokolun məzmunu ilə bağlı izahat və mülahizələrini təqdim etmək hüquqları təmin edilməmişdir, hər hansı bir şəxsin heç bir əsası olmayan izahatı heç bir sübutla əsaslandırılmadan, inzibati xətanın törədildiyi iddia olunan gündən 9 (doqquz) ay keçdikdən sonra F.Yaqubovun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra «İXM») 38.1-ci maddəsinin tələblərinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 48, 109 və 112-ci maddələrinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxmağa səlahiyyəti olan orqan (vəzifəli şəxs) işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edir. İnzibati xəta haqqında işə baxılarkən işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin izahatları dinlənilir, digər sübutlar araşdırılır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra «ƏM») 308-ci maddəsinə görə, işəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 15-ci maddəsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999-cu il tarixli, 122 saylı Fərmanına görə isə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini X11 Xidməti həyata keçirir. Göstərilənləri nəzərə alaraq, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X13 bildirdi ki, Quba RPŞ-nin 21.06.2021-ci il tarixli məktubu ilə D.Fruits MMC-nin icraçı direktoru X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün 29 may 2021-ci il tarixli qərarın surəti icra olunması üçün önlara göndərilmiş və tərəflərindən 01.07.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında tərtib edilmiş MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X10 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat cərimə edilmişdir.Tərəflərindən qanunvericiliyin tələbləri pozulmayıb və şikayətin təmin edilməməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X10 həm inzibati xəta haqqında protokol tərtib ediləndə, həm də inzibati tənbeh vermə haqqında qərar tərtib ediləndə rəsmi bildiriş ilə dəvət olunub, həmin bildirişlər rəsmi qaydada X10 tərəfindən imza edilərə qəbul edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X2 müdafiəçisi X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı Ş.Məmmədovun 29 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X4 10.09.2020-ci il tarixdən 20.10.2020-ci il tarixədək Quba rayon Dəlləkli kəndi ərazisində yerləşən və X2 icraçı direktoru olduğu D.Fruits MMC-də hər iş günü 14 manat olmaqla 27 gün əmək müqaviləsi bağlamadan fəhlə işləməsi və ona çatacaq 364 manat əmək haqqısını 19.05.2021-ci il tarixdək almadığını və qeyd olunan tarixdən sonra isə RPŞ-nə müraciət etdikdən sonra işlədiyi D.Fruits MMC-nin direktoru Famil Yaqubov tərəfindən Xoşbəxt Əliyevaya vasitəsi ilə əmək haqqısının verildiyi müəyyən olunduğu səbəbdən, 29 may 2021-ci il tarixli qərarın surətinin D.Fruits MMC-nin icraçı direktoru X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün 12 saylı Region üzrə X5 göndərilməsi qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı Ş.Məmmədovun 29 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə qərarın surəti D.Fruits MMC-nin icraçı direktoru X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün 12 saylı Region üzrə X5 göndərilməsi qərara alınmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 müdafiəçisi X3 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 09 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 müdafiəçisi X3 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-672/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-672/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver