Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-672/2022 07.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X7 şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu Qorxmazoba kəndində yaşayır, evi meşə zolağının yaxınlığında yerləşir, uzun müddət çay kənarında boş sahədə özü üçün tərəvəz məhsulları əkib-becərir və sərinlik üçün meşə ağacları əkib və həmin sahəni hasara alıb. Belə ki, həmin ərazini Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 2022-ci ildə bir neçə nəfər kənar şəxslə gəlib həmin şəxslərə intensiv bağ salmaq üçün vermək istəyirdilər, kənd cammatı ərizə yazaraq torpağı həmin şəxslərə təhvil verməyə imkan vermədik. 16 may 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları yaşadığı ünvana gələrək bildirdilər ki, güya o X11 X2 meşəbəyliyinin 5 saylı dolayısında 32-ci kvartaldakı ərazidə qanunsuz ağac kəsərək X9 torpağını zəbt etmişdir və protokol tərtib etdiklərini bildirdilər, onlara bildirib ki, o meşə fondunun ağaclarını kəsməmiş və torpağı zəbt etməmişdir. Onun zəbt etdiyi kimi bildiyiniz sahə çay kənarında boş sahə olub, o ağac kəsməyib və torpağı zəbt etməmişdir, həmin sahədə boş torpaq zolağı olub və o digər həmkəndliləri kimi torpağı hasara almadan meyvə-tərəvəz əkib və həmin torpaq sahəsinin X9 tpağı olmasını bilməmişdir və protokola imza etməkdən imtina edib və ona 27 may 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən 84.44 manat cərimə olunmağı barədə iddia tələbi gəlib və onu xx.xx.2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət ediblər, o orada da öz etirazını bildirib və xx.xx.2022-ci il tarixdə 5 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsindən ona 700 manat inzibati qaydada cərimə olunmağı barədə qərar gəlib. O 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli inzibati tənbeh haqqında qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə keçirilən reyd zamanı məlum olmuşdu ki, X7 0,30 ha X10 aid ərazini zəbt etmiş və X11 X2 meşəbəyliyinin 5 saylı dolayısında 32-ci kvartaldakı ərazidə qanunsuz ağac kəsərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o həmin maddə ilə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03 iyun 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X7 istifadə etdiyi X11 X2 meşəbəyliyinin 5 saylı dolayısının 32-ci kvartaldakı 0,30 ha torpaq sahəsində təbii bərpa və yeniyetmələri məhv etmişdir. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə eddilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanması haqqında. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,134, 253.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X6 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-672/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-672/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver