Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-673/2022 04.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, X2 iştirakı ilə, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında 4000 (dörd min) manat cərimə olunması barədə tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Şahverdi Fətəliyev tərəfindən 12 yanvar 2022-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək onun 12 yanvar 2022-ci il tarixdə saat 14:30 radələrində Quba şəhəri, bazar ərazisində yerləşən kafede Bağış Balakişiyev adlı şəxsi covid pasportu olmadan içəri buraxdığı əsası ilə barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Qusar rayon İcra və Probasiya Şöbəsindən ona məlumat verilmişdir ki, barəsində qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərar əsasında 4000 manat məbləğində cərimə olunmuşdur. Ona Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş qərarın surəti bu günə kimi rəsmi qaydada verilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Lakin qəbul edilən qərarın surəti ona rəsmi qaydada verilmədiyi üçün o, bununla bağlı rəsmi ərizə ilə Quba rayon Polis şöbəsinə müraciət etsə də, ona MN ******* saylı protokolun surəti verilsə də, qərarın surəti yenə də verilməmişdir. Ona görə də hesab edir ki, o, inzibati xəta haqqında qərarı rəsmi qaydada almadığı üçün qərardan şikayət verilmə müddətini də ötürməmişdir. O, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarla razılaşmır. Belə ki, hər hansı şəxs tərəfindən covid pasportu olmayan birinin içəri buraxılması özözlüyündə inzibati xətanın tərkibini yaratmır və epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilməməlidir. Çünki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021 -ci il 26 may tarixli 151 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarının 2.5-5.3-cü bəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVİD-19a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əksgöstərişi müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər, inzibati xəta haqqında protokolda onun guya Covid-19-a qarşı Pasport olmadan Bağış Balakişiyev adlı şəxsi içəri buraxdığım qeyd edilmişdir Həmin şəxsin içəri buraxılmağı, özlüyündə o demək deyildir ki, həmin şəxs ictimai-iaşə obyetkinin xidmətlərindən istifadə etmişdir. Həmin şəxs ictimai iaşə obyektinin xidmətlərindən istifadə etməmişdirsə, qeyd edilən normanın tərkibi yaranmır. Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211,1-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. Eyni zamanda həmin Məcəllənin 106.0 3-cü bənidnə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi məsələlərini həll edir. Quba Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* saylı,12 yanvar 2022-ci il tarixli protokolda qeyd edilmiş inzibati xətanın mahiyyəti şəxsin covid pasport olmadan içəri buraxılmağıdır. Hesab edir ki, yaşı 18-dən yuxarı olan və etibarlı covid COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı olmayan şəxsin ictiami-iaşə obyetkinin xidmətlərindən istifadə etməsi halı təsdiq olunmalı idi ki, qeyd edilən inzibati xətanın tərkibi yaranmış olsun. Lakin kiminsə xidmətdən istifadə etmək niyyəti olmadan içəri buraxılmağı bu xətanın tərkibini yaratmır. Çünki, peyvənd olunmayan şəxslərin “içəri buraxılmaması” ilə bağlı Azərbaycan Respublikası Qanunvericiliyində hər hansı müddəa yoxdur. Hətta “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında’’ Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi peyvənd olunmaq könüllü bir prosesdir və hər bir halda vətəndaşın razılığından asılıdır. Onun ictimai iaşə obyektində peyvənd olunmadan müştəri qəbul etdiyini sübut etmək yükü isə barəsində protokol və qərarı qəbul etmiş orqanın üzərinə düşür. Hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən onun 4000 manat məbləğində cərimə olunması üçün əsaslar mövcud olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, protokol tərtib edilərkən Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ondan etirafedici ifadələr alınmış və onun təzyiq altında verdiyi ifadələr sübut əhəmiyyəti daşımamalıdır. Ümumiyyətlə mövcud qanunvericiliyin tələbinə əsasən inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir və şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll olunmalıdır. Əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi yoxdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, həmin qərar ləğv edilərək barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba rayon Polis Şöbəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəa haqqında protokoldan görünür ki, 12 yanvar 2022-ci il tarixdə Quba şəhəri, Bazar ətrafında yerləşən X7 Balakişiyevi covid posportu olmadan içəri buraxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 manat cərimə cəzası tətbiq edilmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXMnin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, protokolda və qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-673/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-673/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver