Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-674/2020 20.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli qərarlı protokolun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda X2 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli qərarlı protokolun ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində göstərmişdi ki, o, xx.xx.2020-ci il tarixdə 8103 nömrəsinə icazə almaq üçün müraciət etsə də, təxirəsalınmaz ailə-məişət məsələləri ilə əlaqədar müvafiq təsdiq SMS məlumatın gəlməsini gözləmədən idarə etdiyi “**-VZ-***” qeydiyyat nişanlı avtomobillə yaşayış yerini tərk etməli olmuşdur. Yaşadığı yerə yaxın məsafədə qurulmuş karantin postunda yoxlama zamanı 8103 nömrəsinə icazə almaqla SMS göndərməsini bildirmiş və şəxsiyyətini təsdiq edən sənəd polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra hər hansı bir irad bildirilmədən postdan buraxılmışdır. Postu tərk etdikdən bir neçə dəqiqə sonra ona icazə verilməsi barədə SMS məlumat daxil olmuşdur. Sonradan onun mobil nömrəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunması barədə İXP ******* nömrəli protokolun tərtib edilməsinə dair (qərarlı) SMS məlumatı daxil olmuşdur. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli qərarlı protokolun ləğv edilməsi barədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki,X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X2 xx.xx.2020-ci il tarixdə 8103 nömrəsinə icazə almaq üçün müraciət etsə də müvafiq təsdiq SMS məlumatın gəlməsini gözləmədən idarə etdiyi “**-VZ- ***” qeydiyyat nişanlı avtomobillə yaşayış yerini tərk etmiş və karantin postunda yoxlama zamanı 8103 nömrəsinə icazə verilməsi üçün təsdiq SMS məlumatın olmadığı aşkar edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə olunmuşdur. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə X1 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-674/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-674/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver