Məhkəmə qərarları › İş №3(027)-676/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-676/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-676/2024 23.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə 3(027)-676/2024 və 3(027)-677/2024 nömrəli inzibati xəta haqqında işləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Şəxs barəsində tərtib edilmiş Quba RPŞ-nin İTB-nin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli və MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN ******* nömrəli xx.xx.2024-cü il tarixli və MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:40 radələrində Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində Quba rayonunun İİ Nügədi kəndində özünə məxsus avtomaşını sərxoş idarə etdiyi üçün YPX-nin əməkdaşları tərəfindən saxlanılan zaman polisin qanuni tələbinə tabe olmamış, ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Hesab edirəm ki, Şəxs oğlunun eyni vaxtlarda törətdiyi göstərilən inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, hesab edirəm ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli xx.xx.2024-cü və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işlər 3(027)-677/2024 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol üzrə 3(027)-676/2024 nömrəli inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol üzrə 3(027)-677/2024 inzibati xəta haqqında işlər 3(027)- 677/2024 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar