Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-677/2022 27.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2022-ci il tarixli protokolu və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə 03 iyun 2022-ci il tarixli qərarı ilə 700 manat inzibati qaydada cərimə olunmağı barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba rayonu Qorxmazoba kəndində yaşayır, Ekologiya və Təbii Sərvətlər İdarəsi 2022-ci ildə bir neçə nəfər kənar şəxslə kəndlərinin ərazisində yerləşən meşə zolağını zəbt edib intensiv bağ salmaq istədiklərini bildirdilər ki, kənd camaatı buna imkan verməyib müxtəlif təşkilatlara şikayət etdilər. Ona görə də kənd camaatından qisas almaq məqsədi ilə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 16 may 2022-ci il tarixdə yaşadıqları kəndə gələrək X20 X4 meşəçiliyinin 5 saylı dolayışının 32-ci kvartalında qanunsuz ağac kəsərək meşə fonduna aid torpaqları zəbt etmələri barədə akt tərtib etdilər. Bildirir ki, o, meşə təsərrüfatına aid meşədən ağac kəsməmiş və torpağı zəbt etməmişdir və protokol tərtib edilməsindən xəbəri olmayıb. 2022-ci ilin may ayının sonunda 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən ona məktub və protokol surəti gəldi, həmin sənədlərdə güya o, meşə fondundan qanunsuz ağac kəsdiyi üçün 162,80 manat cərimə olunmuş və 31 may 2022-ci il tarixdə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməyi təklif olunurdu. O, meşə fonduna aid torpaqdan ağac kəsmədiyi və torpağı zəbt etmədiyi üçün çağırışa getməmişdir. 16 iyun 2022-ci il tarixdə isə ona 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən 03 iyun 2022tarixli qərar poçt vasitəsilə gəldi və həmin qərarda onu qanunsuz meşə fonduna aid torpaqda ağac kəsdiyi üçün 700 manat məbləğində İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan cərimə olunmağı bildirildi. O, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. O, meşə fonduna aid torpağı zəbt etməmiş və həmin torpaqda ağac kəsməmişdir. X21 X10 torpağını zəbt etməyi və həmin torpaq sahəsində olan ağaclar kəsməyi barədə heç bir sübut yoxdur, protokolun tərtib edilməsindən belə xəbəri yoxdur, belə ki, qanun tələbinə görə protokol tərtib edilərkən onun iştirakı təmin edilməli və hansı ərazidə hansı torpağı zəbt etməyi və hansı miqdarda, hansı növ ağacı kəsib ziyan vurmağı müəyyən edilməli idi. Bildirmək istəyir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ona qarşı qərəzli olması onunla sübuta yetir ki, həmin təşkilat onun iribuynuzlu mal-qarasının meşə fonduna aid meşəyə daxil olaraq ziyan vurulması barədə Quba rayon Məhkəməsində iddia və inzibati material olub və həmin faktlar öz sübutunu tapmadığı üçün məhkəmə tərəfindən iddialar rədd edilmişdir və hal-hazır ki, tələblərdə ona qarşı qərəzliliyin bir sübutudur. Quba rayon Məhkəməsinin 3(027)-677/2022 saylı xx.xx.2022-ci il tarixli, qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 verdiyi şikayət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-442/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional ogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayət təmin edilməməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-677/2022 nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş, işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Quba Rayon kəməsinə yeni məhkəmə baxışına göndərimişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X12 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, onun meşə təsərrüfatına aid zəbt edilmiş sahəsi yoxdur və meşə təsərrüfatına aid meşədən ağac kəsməmişdir. Şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək X7 Vəlvələ meşəbəyliyinin 5 saylı dolayısının 32-ci kvartalından lazımi icazə olmadan ağacları kəsməklə təbiətə ziyan vurmuşdur. Ona görə də şikayəti əsassız hesab edir rədd olunmasını xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş X8 bildirdi ki, Abdullanın atasının əvvəllər zəbt edilmiş sahəsi olub. Həmin sahədə 2-3 qoz ağacları vardır. Həmin sahənin Abdulla tərəfindən istifadə edilməsini görməmişdir. Abdullanın həmin sahədən ağac kəsməsini də görməmişdir. Həmin yerdə 2-3 kəsilmiş ağac kötüyü görmüşdür. Məhkəmədə şahid qismində izahat vermiş X2 bildirdi ki, ərazidə zəbt olunmuş sahələr var. Abdullanın yerinə baxış keçirmişlər. Orada gavalı ağacını kəsilmiş vəziyyətdə görmüş, lakin ağacların kim tərəfindən kəsilməsini görməmişdir. Abdullanın qardaşı demişdir ki, həmin sahə Abullanındır. Məhkəmədə şahid qismində izahat vermiş X9 bildirdi ki, yoxlamada iştirak etmişdir. Abdullanın qardaşı özü etiraf etmişdir ki, zəbt olunmuş sahə Abdullanındır. Həmin yerdə kəsilmiş ağac var idi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibaiti xətanı törətmişdir. Həmin inzibati protokola X12 imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibnati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Regional Meşə X4 meşəçiliyinin 5 saylı dolayısının 32-ci kvartalında tinglik sahədən 0,74 ha ərazi hasarlamış və əarzidən qovaq cinsinə aid yaş inkişafda olan kök nahiyyədən diametri 66 santimetr 1 ədəd tam kəsərək Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 700 manat məbləğinə cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və X14 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 may 2022-ci il tarixli, 67587 nömrəli aktdan görünür ki, X3 Regional Meşə X6 meşəçiliyinin 5 saylı dolayısının 32-ci kvartalında tinglik sahədən 0,74 ha ərazi hasarlamış və ərazidən qovaq cinsinə aid yaş inkişafda olan kök boğaz nahiyyəsindən diametri 66 santimetr 1 ədəd tam kəsərək götürmüşdür. Həmçinin 60 sm diametrində olan qovaq ağacı isə budanmışdır, X12 izahat verməkdən və barəsində tərtib olunmuş akta imza etmkdən imtina etmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və X14 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi müfəttişi X5 tərəfindən X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarla X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinib, 700 manat məbləğində cərimə edilmişdir. Həmin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol yalnız akt və fotoşəkillər əsasında tərtib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X7 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 03 iyun 2022-ci il tarixli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 03 iyun 2022-ci il tarixli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-677/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-677/2022
27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver