Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-680/2024 05.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Qusar rayonu, Sudur-Oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qusar rayonu, Sudur-Oba kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 29 iyun 2024-cü il tarixdə saat 20 radələrində sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «Toyota Prado» markalı, **-ZB-*** dövlət nömrə nişanlı avtomaşınla saatda 40-50 km sürətlə Quba şəhəri H.Əliyev prospekti ilə hərəkətə olarkən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində fikri söhbətə yayınıb, stop işarəsini gözləmədən qarşıdan gələn «Chevrolet Cruze» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü X2 baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol alın nahiyəsində yumşaq toxumanın əziyi və qançırı, sol bazunun aşağı 1/3-nin qançırı, sol saidin yuxarı 1/3-nin bayır səthində sıyrıq kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almasına səbəb olmuşdur. Ona görə də Quba RPŞ DYPB-nin polis kapitanı X3 tərəfindən Şəxs barəsində 13 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə atasına məxsus, lakin sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «Toyota Prado» markalı, **-ZB-*** dövlət nömrə nişanlı avtomaşınla Qusar rayonu Suduroba kəndindən çıxaraq Quba şəhərində yerləşən «Çeşmə» adlanan restorana toy məclisinə gəlmiş, 1 saat toy məclisində iştirak etdikdən sonra əmisi Mahir Novruzov sərxoş olduğundan atası ondan əmisi Mahiri öz «Tayota Prado» markalı avtomaşını ilə evinə aparmasını xahiş etmişdir. O, da atasına məxsus «Tayota Prado» avtomaşınla əmisi Mahiri, qohumu Murad Novruzovu və əmisi oğlu Xəzər Novruzovu avtomaşına götürüb saatda 40-50 km sürətlə hərəkətə başlamış, Quba şəhərinin içərisində yol gedərkən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində əmisi Mahir danışmağa başlamış və anidən onun fikri söhbətə yayınıb, stop işarəsini gözləmədən qarşıdan gələn «Chevrolet Cruze» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə əmisi Mahir Novruzov xəsarət almışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, Quba PPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 iyul 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-680/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-680/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver