Məhkəmə qərarları › İş №3(027)-681/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-681/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-681/2024 05.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Talabıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 13 iyun 2024-cü il tarixdə, saat 18 radələrində sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C180” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri ara məhəllədən Quba şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Qarabağ küçəsi ilə kəsişmədə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63.1 maddəsinin dayanmadan keçmək qadağandır nişanının-stop) tələblərini pozaraq Qarabağ küçəsinə çıxdıqda həmin küçə ilə hərəkətdə olan X5 idarə etdiyi “Vaz 211440” markalı, O852HA190RUS dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşaraq Yol nəəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X2 «yüngül» dərəcəli, X8 və X9 isə dərəcəsi təyin olunmayan bədən xəsarəti almışdır. Ona görə də Quba RPŞ DYPB-nin polis kapitanı X7 tərəfindən Şəxs barəsində 08 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 13 iyun 2024-cü il tarixdə, saat 18 radələrində Quba şəhəri bazar ərazisində ara məhəllə ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 180” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Qarabağ küçəsi ilə hərəkətdə olan “Vaz 211440” markalı, O852HA190 dövlət qeydiyyat nişanlı avtomobilin önünə çıxmış və onlar toqquşmuşlar. İdarə etdiyi “Mercedes Benz C 180” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur, avtomobili etibarnamə ilə idarə edir və sürücülük vəsiqəsi vardır. Hadisə zamanı sürət həddi təxminən 40 km/saat olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə anidən baş verdiyinə görə hadisənin qarşısını almaqdan ötrü heç bir tədbir görməmişdir. Hadisə vaxtı spirtli içkinin təsiri altında olmamış, nə də hadisədən öncə spirtli içki qəbul etməmişdir. Yol şəraitinə nəzarət etməyinə hər hansı bir maneə olmamışdır. Hadisə zamanı avtomobildə qabaq sağ oğuracaqda qaynanası Pəri, arxa sağ oturacaqda arvadı Fərqanə və arxa sol oturacaqda qızı Röya oturmuş, azyaşlı qızı Röya hadisə zamanı xəsarət almışdır. Avtomobildə hər hansı bir yük olmamışdır. Hadisə baş verən anadək avtomobildə nasazlıq olmamışdır. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, Quba PPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 iyul 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar