Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-682/2023 20.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, m ü ə y y ə n e t d i m: Bakı şəhər DYPİ-si, polis mayoru X5 tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərar tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 7713 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə təyin olunmuş 40 manat məbləğində cəriməni qanuni qüvvəyə mindiyi 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinizə görə barənizdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə quba Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin məktubun göndərilməsindən öncə X2 xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokolla inzibati xəta törətdiyini və həmin xətanın törədilməsində cərimə olunduğu barədə bildirişin rəsmi qaydada göndərilməsini, sözügedən bildirişin X4 tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd inzibat xəta haqqında protokola əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər DYPİ-si, polis mayoru X5 oğluna qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhər DYPİ-si, polis mayoru X5 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2022-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, qərar və digər sənədlər Bakı şəhər DYPİ-si, polis mayoru X3 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-682/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-682/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver