Məhkəmə qərarları › İş №3(027)-683/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-683/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-683/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, xx.xx.1971-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu Gəray kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Quba rayonu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Quba RPŞ-nin DYPB-nin Quba rayonu, inzibati təcrübə üzrə baş inspektor polis mayoru X1 tərəfindən tərtib olunmuş 03.08.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə, protokolu tərtib edən Azərbaycan Respublikası Quba rayon Polis Şöbəsinə məlumat verilsə də, məhkəmə iclasına, protokolu tərtib edən Azərbaycan Respublikası Quba rayon PŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, protokolu tərtib edən Azərbaycan Respublikası Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Şəxs 08.01.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nın 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Şəxs 16.03.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nın 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 manat məbləğində cərimə edilmişdir. Beləliklə Şəxs istinad edilən inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı işdə olan sənədlərlə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tənbeh edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar