Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-684/2024 26.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:28 radələrində DİN-nin 102 xidmətinə zəng edərək, polisin ünvanına nalayiq söyüşlər söyərək, 102 xidmətinin işçilərinin iş rejimini pozmuşdur. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 avqust 2024-cü il tarixli, MN 1603774-3481 №-li protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:28 radələrində DİN-nin 102 xidmətinə zəng edərək telefonla narahat olunması ilə əlaqədar işə baxılmamasını bildirmişdir. Həmin vaxt hirsli və sərxoş olmuşdur. Lakin söyüş söyməmişdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Quba rayon mərkəzi xəstəxanasının sərxoşluq hallarının bütün növlərinin təyiniməqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2024-cü il tarixli, 53 saylı protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə sərxoş olmuşdur. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 39/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 04 (dörd) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 119/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 25 avqust 2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-684/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-684/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver