Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-686/2020 21.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi ilə, DİN-nin Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Xidmətinin inspektoru Mais Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 11:45 radələrində qızı ilə “MİSSUBİSHİ PAJERO-İO” markalı 99 HB-801 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba istiqamətindən Quba Asan xidmət ərazisində dairəvi yolu keçib Quba yeni avtovağzal istiqamətində hərəkət edərkən, təxminən 200 metr hərəkət etdikdən sonra öz yaşadığı ünvana yəni yolun sol hissəsinə dönmək üçün, sola dönmə işığı yanmış vəziyyətdə əks istiqamətdə hərəkət edən maşınların hərəkət etdiyi yolun boşalmasını gözləmiş, Vaqif küçəsinin üzü aşağı istiqamət yolunun sol hissəsinə tərəf yol boşalan kimi hərəkət etməyə başlamış və bu an arxasınca hərəkət edən “Tayota Kamri” markalı ** SX *** dövlət qeydiyyat nişanlı minik maşını bir göz qırpımında sol tərəfindən maşınına sürtünərək qarşısına keçmişdir. Halbuki o, dönməyə başlayan zaman o, onun sağ tərəfindən hərəkət etməli idi. Çünki, bu yol iki tərəfli hərəkət yoludur. Eyni istiqamətdə hərəkət üçün yalnız bir zolaq var. Bu yolda ötmə qadağandır və sürət həddinin yuxarısı 60 km/saat nişanları quraşdırılmışdır. Yol nəqliyyat hadisəsi baş verən ərazi yaşayış məntəqəsidir. Yol nəqliyyat hadisəsində tamamilə təqsirli olan sürücü bütün bunlara məhəl qoymayaraq, Yol hərəkəti haqqında Qanunun tələblərini pozaraq qeyd edilən hadisəni törətmişdir. Bundan sonra hadisə yerinə Dövlət Yol Polisi xidmətinin əməkdaşları gələrək yol nəqliyyat hadisəsini qeydə almışlar və xx.xx.2020-ci il tarixdə onları Quba RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları hadisənin necə baş verməsini soruşduqda o, hadisəni olduğu kimi danışmış və onlara izah etmişdir ki, digər tərəf qaydaları pozaraq ötmə əməliyyat keçirdiyindən hadisə baş vermişdir. Onun dedikləri ilə qarşı tərəf razılaşmamış, guya onun avtomobilini orada park etdiyini söyləyərək onu ittiham etmişdir. Vəziyyət mübahisəli olduğuna görə yol nəqliyyat hadisəsini araşdıran inspektor Mais Məmmədov hadisə baş verdiyi əraziyə nisbətən yaxın olan Asan xidmət kameralarından avtomobillərin hərəkətini izləyərək aralarında 16 saniyə fərq olduğunu aydınlaşdırdı və qarşı tərəfə burada avtomobili park etmək söhbətinin mümkünsüzlüyünü və qarşı tərəfin günahkar olduğunu bildirdi. Onların izahatlarını aldılar. Qarşı tərəf izahatında onun avtomobilini orada park etdiyini bildirdi və özünün günahkar olduğunu qəbul etmək istəmədi, məhkəməyə müraciət edəcəyini bildirdi. İnspektor ona əgər narazıdırsa günahkar olduğu haqqında protokolu yazıb verməyi, onun da məhkəməyə şikayət etməyini bildirmiş, sürücü isə başqa vaxt gələrkən yazmasını bildirmiş, Mais də bununla razılaşmışdır. İki gündən sonra xx.xx.2020-ci il tarixdə Quba rayon Yol Polis Bölməsindən onun telefonuna zəng gəlmiş, onu ora çağırmışlar. Orada təqsirkarın o olduğu, guya yolda manevr etdiyi, ona görə də ona cərimə yazıldığı bildirilmişdir. Qeyd etmişdir ki, inspektor Mais Məmmədovun saxta tərtib etdiyi protokol inzibati tənbeh vermə haqqında qərarda xx.xx.2020-ci il İXM-3393785 nömrəli protokolun qed edildiyi göstərildiyi halda ərizəyə əlavə etdiyi protokolun çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə qarşı tərəfin adına tərtib edilmiş protokol ortadan götürülərək xx.xx.2020-ci il tarixdə protokolun qeyd edildiyi göstərilmişdir. Göründüyü kimi inspektor Mais Məmmədov qanunsuz protokol tərtib etdiyinə görə xx.xx.2020-ci il tarixdə tərtib etdiyi protokola görə məsuliyyətə cəlb edilməli və bu protokol qanunsuz olduğundan o və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN-nin Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx xxxx 2020-ci il tarixdə, saat 11:45 radələrində Quba şəhərinin Vaqif küçəsi ərazisində idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İQ” minik markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində DİN-nin Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də DİN-nin Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində DİN-nin Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-686/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-686/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver