Məhkəmə qərarları › İş №3(027)-686/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-686/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-686/2021 27.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X5 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, 27 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş MN N ******* nömrəli, 27 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X6 göstərdi ki, barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, eləcə də, həmin protokol əsasında 27 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar tərtib olunaraq 4000 (dörd min) manat məbləğində cərimə olunmuş. Həmin protokol və qərarın mövcud olmasından 20 avqust 2020-ci il tarixdə xəbər tutmuşdur. Bildirir ki, o, mülkiyyət hüququ əsasında özünə məxsus Quba rayonu Qəçrəş kəndində «Çay kənarı» kafesini istifadə məqsədilə 17 iyul 2018-ci il tarixli icarə müqaviləsinə əsasən 17 iyul 2018-ci il tarixdən 17 iyul 2023cü il tarixədək X2 icarəyə vermiş və hal-hazırda da kafe icarə müqaviləsi əsasında D.Ramazanovun istifadəsindədir.Belə ki, 26 iyul 2021-ci il tarixdə Quba rayon Polis Şöbəsinin əməkdaşları D.Ramazanova icarəyə verdiyi Quba rayonu, Qəçrəş kəndində yerləşən kafedə (Forest istirahət parkı) təşkil olunmuş toy şənliyinə gələrək, həmin məclisin icazə.gov.az saytında qeydiyyatdan keçmədən təşkil olunmasını bildirərək, Azərbaycan Respublikası İXM-nin 211.1 -ci maddəsinə əsasən onun adına 26 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında 27 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar tərtib olunaraq 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. O, həmin protokol ilə razılaşmır. Belə ki, polis əməkdaşları ona məxsus istirahət zonasına gələrkən, o, qeyri-yaşayış obyektin icarəyə verdiyindən orada olmur və onun bu cərimədən xəbəri olmamışdır. Hesab edir ki, polis orqanı onu deyil icarəyə götürən X3 icarəyə götürən şəxs kimi və həmin toy məclisinin təşkilatçılıq məsuliyyəti onun üzərində olduğundan, o da cərimə edilməli idi.Qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3-106.0.6-cı maddələrinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirdiyim qərarı qəbul edilərkən inzibati xəta haqqında protokolun və işin digər materiallarınin bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini, işin icraatını rədd edən halların mövcud olub- olmamasını, işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb- toplanmamasım və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıbməlumatlandırılmamasım araşdırmalı və həll etməli olduğu təqdirdə qanunun həmin normalarının tələblərini pozmuşdur.Bundan başqa Quba rayon Polis Şöbəsi qərarı qəbul edərkən Azərbaycan Respublikası İXM-nm 115-ci maddəsinin tələbini pozmuş, qərardan da göründüyü kimi inzibati xətanı o, törətmədiyi halda barəsində Azərbaycan Respublikası İXM-nm 211.1-ci maddəsi ilə 27 iyul 2021-ci il tarixli, № ******* saylı qərar tərtib edilmiş və 4000 manat məbləğində cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında 27 iyul 2021-ci il tarixli, № ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinə məlumat verilsə də, məhkəmə iclasına Quba rayonu PŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Quba rayonu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Dəyanət Ramazanova ünvanladığı 21 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Quba rayonu Qəçrəş kəndində 17.07.2018-ci il tarixində X4 (VÖEN: **********) icarəyə alınmış sahəsi 10000 kv.metr olan **********-45001 kodlu təsərrüfat subyektiniz (obyektiniz) vergi uçotuna alınmışdır. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş sənədlərin surəti şikayət ərizəsində göstərilənlərlə əsaslıdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən X1 rayonu, Qəsrəş kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin əməkdaşı V.N.Rüstəmovun MN N ******* nömrəli, 27 iyul 2021-ci il tarixli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X5 şikayət ərizəsi təmin edilsin. Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin əməkdaşı V.N.Rüstəmovun MN N ******* nömrəli, 27 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar