Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-687/2021 13.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömtəli 19.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası DİN BDYPİ -nin EQ ******* nömrəli, 19.05.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Hal-hazırda X7 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib olunmuş EQ ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 nümayəndəsi X6 göstərdi ki, təmsil etdiyi şəxsi qanuni qaydada inzibati qaydada tənbeh etməyiblər. İnzibati xəta bilavasitə ərazidə dayanmış yol patrul xidməti əməkdaşı tərəfindən deyil, stasionar postda quraşdırılmış nəzarət müşahidə kamerası vasitəsilə görüntü olan zaman yol patrul xidməti əməkdaşında olan planşetlə monitora yaxınlaşdıraraq çəkilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömtəli 19.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. X7 ərizəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə günorta vaxtı Bakı-Quba-Dağıstan yolunun 184-cü kilometrliyində Qusar rayonu ərazisində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun kənarında dayanıb. Yaxınlıqda yol kənarında quraşdırılan müşahidə nəzarət kameraları olub. Bu yaxınlarda ona cərimə ilə bağlı sms bildirişi gəlib, bu zaman bunu araşdırdıqda ona məlum olub ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 -ci maddəsinə əsasən 19 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərar qəbul edilmiş, həmin qərara əsasən 40 manat məbləğində inzibati qaydada cərimə edilib. Qərarın verilməsinə əsas kimi onun “Hyundai Accent” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməyi müəyyən edilmişdir. Həmin inzibati xəta isə Bakı-Quba-Dağıstan yolunun 184-cü kilometrliyində quraşdırılmış kamera vasitəsilə ilə qeydə alınmışdır. N.Ərəbov həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv edilməlidir. Ona görə ki, o həmin vaxt Hyundai Accent markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmayıb. Yolun kənarında avtomobilini saxlayaraq ailə üzvlərinin çöldən gəlməsini gözləyib. İnzibati xəta haqqında qərara əlavə olunmuş 3 ədəd fotoşəkildən də onun avtomobili idarə etməyi görünmür. Bundan başqa iddia olunmuş inzibati xəta bilavasitə ərazidə dayanmış yol patrul xidməti əməkdaşı tərəfindən deyil, stasionar postda quraşdırılmış nəzarət müşahidə kamerası vasitəsilə görüntü olan zaman yol patrul xidməti əməkdaşında olan planşetlə monitora yaxınlaşdıraraq çəkilmişdir. X5 Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın aşkar edilməsi yol patrul xidməti əməkdaşı tərəfindən və ya avtomobil hərəkətdə olarkən onun video görüntüsü vasitəsilə mümkündür. Digər hallarda tərtib edilmiş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömtəli 19.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN BDYPİ -nin nümayəndəsinin iştiraklı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 nümayəndəsi X4 dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası DİN BDYPİ -nin EQ ******* nömrəli, 19.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialından görünür ki, X7 19.05.2021-ci il tarixdə Bakı-Quba-Dağıstan yolunun 184-cü kilometrliyində Hyundai Accent markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi kamera vasitəsilə qeydə alınmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarından görünür ki, X1 rayonu, Qəçrəş kəndində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə tədqiq edilən iş materiallarından müəyyən edildi ki, X7 19.05.2021-ci il tarixdə “Hyundai Accent” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmiş, inzibati xətaya yol vermiş, həmin inzibati xəta Bakı-Quba-Dağıstan yolunun 184-cü kilometrliyində quraşdırılmış kamera vasitəsilə ilə qeydə alınmışdır. Şərh edilənlərə əsasən, məhkəmə zərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömrəli, 19.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ ******* nömtəli 19.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-687/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-687/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver