Məhkəmə qərarları › İş №3(027)-691/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-691/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-691/2020 13.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində əsassız və qanunsuz DYP-nin İXP ******* saylı inzibati tənbeh vermə haqqında saylı protokol vəonun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi, ona məcburən ödətdirilmiş 200 manat pulun qaytarılması, bu işdə təqsirkar şəxslərin müəyyən edilərək onların əməllərinə hüquqi qiymət verilməsi və qanunçuluğun pozulması faktları üzrə araşdırma üçün aidiyyatı prokurora xəbər verilməsi və ona vurduqları fiziki, maddi və mənəvi zərərin təqsirkar məmurlar tərəfindən əvəzinin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi uçotdadır və ölkə ərazisində taksi fəaliyyətilə məşğul olur. O, Azərbaycan Respublikasının Vergilər Nazirliyindən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir, vergi ödəyicisidir. Eyni zamanda qanunvericiliyin tələblərinə müvafiq olaraq hər ay Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən təyin olunmuş rüsumu ödəyərək taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün "Fərqlənmə nişanı" alır, öz fəaliyyətini qanunvericiliyin tələblərinə müvafiq həyata keçirir. xx.xx.2020-ci il tarixində də göstərilən Xidmətdən DMV seriyalı 005900 nömrəli "Fərqlənmə nişanı"nı haqqını ödəməklə qanuni almışdır və qanunamüvafiq olaraq xx xxxx 2020-ci il tarixinə kimi onun xüsusi mülkiyyətində olan "Mersedes Benz 200" markalı ** CC *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyətinə icazə verilmişdir. Karantin rejimi ilə əlaqədar olaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq aidiyyəti səlahiyyətli, məsul orqanının təşəbbüsü ilə onların icazələri portala yerləşdirilir. xx xxxx 2020-ci il tarixində gündüz 10-11 radələrində o, 2 nəfər müştərilə avtomobili ilə Bakı şəhərindən Quba şəhərinə qayıdarkən onu yolda Sumqayıt ərazisində Yaşma karantin postunda Dövlət yol polis əməkdaşı saxlayaraq sənədlərini yoxlamış, bütün sənədlərinin qaydasında olmasına və zəruri icazələrinin mövcudluğuna baxmayaraq, guya portalda icazənin silindiyini bəhanə edərək onun karantin rejimi qaydalarını pozduğunu bəhanə gətirərək cərimə olunacağı barədə ona məlumat vermişdir. O, həmin gün səhər tezdən bu postdan yoxlanılaraq keçməklə ona məxsus həmin avtomobillə Bakı şəhərinə getdiyini, ona heç bir irad bildirilmədiyini və sənədlərinin, icazələrinin qaydasında olduğunu,onun dediyi kimi guya icazənin portaldan silinməsi barədə ona heç bir elektron və ya digər formada məlumatın daxil olmadığını həmin DYP əməkdaşına bildirmiş, o, isə onun dediklərinə və oradakı digər polis əməkdaşlarının qanuni xahişlərinə məhəl qoymayaraq onun guya karantin rejimi qaydalarını pozduğunu təkrar bildirmişdir. Təxminən 1 saat keçmiş onun telefonuna SMS-lə 200 manat məbləğində cərimə olunmağı barədə məlumat daxil oldu. O, həmin vaxt 102 çağrı mərkəzinə zəng etməyə çalışsa da,102 xidməti cavab vermədi. Buna görə də o, ərizə hazırlayıb, bütün təfsilatı həmin ərizədə qeyd etməklə xx.xx.2020-ci il tarixində X7 cənab Vilayət Eyvazova poçt vasitəsilə şikayət göndərmişdir. Əfsuslar olsun ki, 1 ay keçməsinə baxmayaraq şikayətindən heç bir xəbər yoxdur. Onun artıq haqsız narahatçılığına,artıq əsassız pul xərcləməyinə və haqsız incidilməyinə bais olan cavabdeh orqanın məsul vəzifəlilərinin təqsiri səbəbindən o, 200 manat cəriməni ödəməyə məcbur edilmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixində onun həmin avtomobilinin texniki baxışı müddəti çatdığından o, avtomobilini DYP Xaçmaz regional idarəsində texniki baxışa təqdim edərkən hər şeyin qaydasında olduğu, lakin ödənilməmiş 200 manat cəriməmin olduğu üçün onun texniki baxış icazəsi ona verilmədi, ona həmin cəriməni ödədikdən sonra texniki baxışın icazəsi veriləcəyi bildirildi. O, həmin cərimənin ona qanunsuz, əsassız və ədalətsiz yazıldığını, həmin cərimə ilə razı olmadığını, bu işlə əlaqədar cənab X5 ərizə ilə xx.xx.2020-ci il tarixində şikayət etdiyini, ona hələ cavab verilmədiyini bildirmiş və avtomobilinin texniki baxış müddəti bitmək üzrə olduğunu və texniki baxışdan keçmənin son günü olduğunu əsas gətirərək, texniki baxışın icazəsinin ona verilməsini xahiş etmişdir. Lakin, orada məsul səlahiyyətli şəxslər, rəhbərlik onun avtomobilinin 200 manat cəriməsi ödənilmədən onun avtomobilinin texniki baxışdan keçməsi barədə qərarın verilməyəcəyini bildirmişlər. Onda o, DİN-nin 102 xidmətinə zəng etmiş, bütün olanları təfsilatı ilə onlara izah etmiş, uzun müddət karantin rejimilə əlaqədar işləmədiklərini, acınacaqlı maddi durumda olduğunu, 200 manat ondan qanunsuz tələb edilən məbləğin onda olmadığı üçün ödəməni həyata keçirə bilmədiyimi və ümumiyyətlə, bu cərimənin ona qanunsuz, əsassız, ədalətsiz, qeyri-insani yazıldığını bildirmiş və onun çıxılmaz vəziyyətini nəzərə alaraq qanuni kömək istəmişdir. 102 çağrı xidmətində şikayətinin qeydə alındığı, gün ərzində araşdırılaraq ona məlumat veriləcəyi bildirilmiş, lakin bu günəcən 102 xidmətindən onu axtaran, şikayətinə baxan belə olmamışdır. O, həmin gün 102 xidmətinə zəng etdikdən sonra bununla kifayətlənməyib Vergilər Nazirliyinin 195-2 çağrı mərkəzinə də zəng edərək təfsilati məlumat vermiş və onlara da iradlarını bildirməklə kömək istəmişdir. Oradan isə onu Vergilər Nazirliyinin deyil, başqa qurumun cərimə etdiyini əsas gətirərək, ona heç bir kömək edə bilməyəcəklərini, probleminin Daxili İşlər Nazirliyilə həll etməyini bildirmişlər. O, xx xxxxxx 2020-ci il tarixində günün İİ yarısınadək gözləmiş, məsul səlahiyyətlilərdən heç bir kömək olmayacağını bildikdə, çarəsiz qalıb yenidən texniki baxışa görə cərimələnməyinə görə faizlə 200 manat pul almış, artıq məsrəflərə və get-gələ məruz qalmış, haqsız olaraq qanunsuz, əsassız və ədalətsiz incidildiyi, yenidən təkrarən narahatçılığlara və əsəb gərginliklərinə məruz qalmış, birinci dəfə haqsız yerə xx xxxx 2020-ci il tarixində Sumqayıtın Yaşma postunda DYP əməkdaşının qanunsuz, əsassız, ədalətsiz və cinayətkarcasına qəddar əməllərindən ciddi əsəb gərginliyi keçirərək xəstəxanalıq vəziyyətə salınması, maddi durumumun müalicə olunmağına imkan verməməsi səbəbindən və ona qarşı qanunsuz hərəkətlərin davamlı olması xəstələyini şiddətlədirmiş, onu fizikən zədələmışdir. Bütün bunların kökündə məmur özbaşınalığı, məmur cinayətkarlığı durur və bu səbəbdən ona qanunsuz, əsassız və ədalətsiz yazılmış protokol və onun əsasında tərtib edilmiş qərarın ləğv edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək hüquqi məsuliyyətə cəlb edilməsi labüddür, qanuni, əsaslı və ədalətli olar. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən X2 DYP-nin hansı qərarından şikayət verməsi məlum deyil. Çünki iş materillarında qeyd edilən qərar mövcud deyil. Beləliklə hesab edirəm ki, X2 DYP-nin hansı qərarından şikayət verməsi məlum olmadığından, onun verdiyi şikayət geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar