Məhkəmə qərarları › İş №3(027)-692/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-692/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-692/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi 3TQD2EZ) X11 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən X3 rayon Məhkəməsinin 2(027)-336/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2836/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X17 tərəfindən xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-336/2017 saylı icra sənədinə əsasən borclu X4 xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-ci il tarixdən başlayaraq cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2836/2020 saylı icra sənədinə əsasən Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-336/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla borclu X4 xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində aliment tələbkar X7 verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2017 və xx.xx.2020-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin, borclu icra sənədləri üzrə tələbi qismən təmin edilmişdir. Ona görə də tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesablan, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları İlə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu bu vaxta qədər tələbkarın xeyrinə 3133 manat ödəniş etmişdir. İcra sənədləri üzrə aliment borcu 4197 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq X11 barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahat verərək göstərdi ki, Quba Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-336/2017 saylı icra sənədinə əsasən ondan xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-ci il tarixdən başlayaraq cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2836/2020 saylı icra sənədinə əsasən Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-336/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ondan xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində aliment tələbkar X7 verilməlidir. Bildirmişdir ki, hazırda heç yerdə işləmir, həmin borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş tələbkar X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, X6 borcundan ödəniş etməməsi onun icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. X6 əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X6 törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X11 500 (beş yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar