Məhkəmə qərarları › İş №3(027)-696/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-696/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-696/2020 24.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi ilə, DİN-nin DYP-nin Quba rayonu YPX-nin inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin DYP-nin Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərarın və onun əsasında tərtib edilmiş protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində öz nəqliyyat vasitəsi olan ** NT *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” minik markalı avtomobil ilə hərəkətdə olarkən Quba şəhəri, Heydər Əliyev prospektindən sağa dönmək istəyərkən Valeh adlı yol patrul rəisi yanında vətəndaş ilə onun avtomobilini saxlayarkən, onun maşınında sayrışan işıq olduğunu deyərək maşının cərimə meydançasına aparılmasını tapşırdı. Halbuki onun maşınında qanunsuz işıq quraşdırılmamışdır. Maşını cərimə meydançasına qoyduqdan sonra onu maşınında heç bir qanunsuzluq aşkar edilmədiyi halda o, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Quba rayonu YPX-nin inspektoru polis serjantı X5 tərəfindən İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, X2 DİN-nin DYP-nin Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərarın və onun əsasında tərtib edilmiş protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN-nin DYP-nin Quba rayonu YPX-nin inspektoru polis serjantı X3 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan və onun əsasında tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə, saat 18:40 radələrində Quba şəhərinin Heydər Əliyev prospekti ərazisində idarə etdiyi “VAZ 2107” minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 345.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda X2 inzibati xəta haqqında protokolda protokolla razı olduğunu, nasazlıqları tezliklə aradan qaldıracağını bildirmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində DİN-nin DYP-nin Quba rayonu YPX-nin inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də DİN-nin DYP-nin Quba rayonu YPX-nin inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində DİN-nin DYP-nin Quba rayonu YPX-nin inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar