Məhkəmə qərarları › İş №3(027)-696/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-696/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-696/2025 11.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X2 xx.xx.2024-ci il tarixli, EQ 23097503 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, DİN BDYİ-nin 20 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “Hyunday Sonata" markalı, 90FC905 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. O, Bakı şəhərində qeydiyyatda olsada, uzun illərdir kənd təsərrüfatı ilə məğuldur və şəhərdən kənarda yaşayır. Yaşadığı ərazidə avtomobilə ehtiyacı olmadığı üçün nəqliyyat vasitəsini qeydiyyatda olduğu binanın həyətində saxlamışdır. Avtomobilin uzun müddət sürülmədən qalaraq nasaz vəziyyətə düşməməsi üçün açarı tanıdığı şəxsə vermişdir. Bunda məqsəd onun həftədə 1 ya 2 dəfə avtomobili işə salıb elə məhəllədə yerindən tərpətmək idi. Bir müddət öncə o Bakıya qayıtmışdır . Yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsini satmaq məqsədi ilə Baş X7i İdarəsinə müraciət etdiyi zaman məlum oldu ki, İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrinə əsasən 2024-cü ilin 3 ay ərzində o 6500 manat məbləğində cərimələnmişdir. Halbuki üzərindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, ona hər hansı bir vasitə ilə bu haqda məlumat verilməmişdir. Şikayət etdiyi qərarda qeyd edilən inzibati xəta tərəfindən törədilməmişdir və hesab edir ki, əsassız qərar ləğv edilməlidir. Bildirir ki, cərimələrin əksəriyyəti avtomobili darə etmək hüququ olmayan şəxsin sürməsi ilə əlaqədardır. Hesab edir ki, nə elektron kabinetə nə qeydiyyatda olduğu ünvana hər hansı qərar göndərilməməsi məhz inzibati orqanın səhvidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət verən X3 və DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə şikayət verən şəxsin və DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli, EQ 23097503 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 23097503 saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. X5 Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. X1 400 manat cərimə edilmişdir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23097503 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş yuxarıda qeyd olunan, həmçinin X3 tərəfindən ərizəsində nəzərdə tutulan xüsusatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2024-ci il tarixli, EQ 23097503 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar