Məhkəmə qərarları › İş №3(027)-697/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-697/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-697/2025 25.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, X7 oğlunun katibliyi, Protokolu tərtib edən X1 Zərəçəkçən şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 iyul 2025-ci il tarixli, MN 2215657-2120 №-li protokol tərtib edilərək baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs 21 iyul 2025-ci il tarixdə saat 21:36 radələrində Quba rayonu, Möhüc kəndində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nəlayiq söyüşlərlə söymüşüdür. Məhkəmədə protokol tərtib etmiş şəxs X1 bildirdi ki, Şəxs barəsində yaşadığı ərazidə qonşuları tərəfindən mütəmadi olaraq onun sərxoş vəziyyətdə ucadan söyüşlər söyməsi ilə əlaqədar polis şöbəsinə şikayətlər daxil olur. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək qeyd etmişdir ki, 21 iyul 2025-ci il tarixdə 21:30 radələrində Ramiz və Hüseyn onun yaşadığı evin qapısına gələrək, qardaşını vurmuşlar, əvvəl atası ilə olan ədavətə görə onu döyürlər. Barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki, hadisə baş verdiyi gün döyülən və əzilən özü olmuşdur. Məhkəmədə Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Şəxsla qonşudur. Çingiz spirtli içki qəbul etdikdən sonra günün istənilən vaxtı onları söyür, bununla bağlı irad bildirdikdə isə onun ünvanına nalayiq söyüşlər söyür. Dəfələrlə onun özünə irad bildirmiş, nəticəsi olmadığından məcbur qalaraq RPŞ-yə rəsmi mürciətlər etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, gecə saatlarında onun ünvanına gələrək ailə üzvlərini və onun özünü şəxsən söyərək narahat etmişdir. (qeyri-etik olduğu üçün məhkəmə zalında həmin söyüşləri dilə gətirə bilməmişdir).Həmçinin kənd ərazisində “Lənkərnski” adıyla özünü tanıtdığını qeyd etmişdir. Hazırda Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Şəxs həmkəndlisidir. Çingiz içki qəbul etdikdən sonra onun qapısına gələrək ünvanına söyüşlər söyür. Buna görə ona öz iradını bildirmişdir, lakin mütəmadi olaraq spirtli içkinin təsiri altında olduğundan öz əməllərinə davam edir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Şəxs ilə qonşuluqda yaşayır. Şəxs və onun atası içki qəbul etdikdən sonra məhəllədə ucadan ünvanlarına söyüşlər söyür, münaqişəli ailədirlər. Onun hərəkətləri barədə RPŞ-nin 102 xidmətinə zəng vurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şükürov Şamil oğlu ifadəsində göstərmişdir ki, Şəxs həmkəndlisidir. Çingiz içki qəbul etdikdən sonra kənddə ünvanlarına söyüşlər söyür, Onun belə hərəkətləri kənd camaatının narahatlığına səbəb olur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolu tərtib edən şəxsi və şahidləri dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 25 iyul 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar