Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-699/2025 25.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən evdə qızı Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən evində qızı Zərərçəkmiş şəxs döymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Hər bir valideyn və övlad arasında söz-söhbət yarana bilər. O, artıq uzun müddətdir ki, həyat yoldaşını itirmişdir. Tək yaşadığına və baxıma ehtiyacı yarandığına görə yenidən ailə qurmaq qərarına gəlmişdir. Övladları ilə mübahisə yaranmasının səbəbi evə evlənmək istədiyi qadını gətirməsi, bundan əlavə olaraq da ona məxsus olan əmlaklarla bağlı olmuşdur. Onun sənədləri qaydasında deyildir. Övladlarından öz əmlaklarını əsirgəmək niyyəti yoxdur. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, anası Sevinc Əmirova 2020-ci il tarixdə vəfat etmişdir. O həmin vaxtdan sonra Bakı şəhərində yaşamışdır. 2025- ci ilin iyun ayının əvvəlləri o qardaşı ilə birlikdə Quba rayonu Zərdabi qəsəbəsində yerləşən evlərinə gəldikdə atasının başqa qadınla yaşadığını görmüşlər.O və qardaşı Kənan bu münasibətə etiraz etdikdə aralarında ailədaxili mübahisə baş vermişdir. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində yaşadığları evdə atası ilə aralarında ailədaxili söz mübahisəsi baş vermiş, mübahisə zamanı atası Hidayət onlara ‘’sizinlə bir evdə yaşamaq istəmirəm mənim evimdən çıxın gedin" demişdir. Bu zaman atası Hidayət əli ilə onun üz nahiyyəsindən sillə vurmuş, qollarından tutaraq kənara itələmişdir. Sonra qardaşı Kənanı vurmaq istəyən zaman o qardaşını vurmaqa imkan verməmiş və araya girmiş atası onun qollarından tutaraq onu kənara itələmişdir. Əvvəldən onlar atalarının qayğısını görməmişlər. Evə gedən zaman qadın onlara heç bir əmlak verilməsinə imkan verməyəcəyini bildirmişdir. Hesab edir ki, atası onlara çatan haqqı verməlidir. Atasının cəzalanmasına razı deyildir. Ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 09 iyun 2025-ci il tarixli, 356 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətboynunda sağ yan tərəfdə sıyrıq. sağ bazunun orta Z-nin iç səthində və sağ sağrıda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 09 iyun 2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 19 iyun 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-699/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-699/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver