Məhkəmə qərarları › İş №3(027)-7/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-7/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-7/2022 22.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin yanvar ayında ünvan 1 ünvanında tanışından obyekt işlətmək məqsədi ilə obyekt götürmüşdür. Obyekti götürəndə obyekt sahibi onun razılığı ilə obyekti ona bəzi işləri (yəni təmir) gördükdən sonra icarəyə almalı idi. Belə ki, o, obyekti işlək vəziyyətə gətirə bilmədi. Buna maddi imkanı çatmadı. 07.04.2021 ci ildə Quba rayon Polis idarəsindən təxminən saat 00:10 radələrində onun obyektinə girərək karantin qaydaların pozduğunu bildirdilər. O, isə polislərə bildirdi ki, özü obyekti işlətmir hələki təmir işləri gedir. Obyektin arxasında obyektin sahibinin kirayə verdiyi ev də var, oradakı sakinlərid ə polislər onun obyektinə gətirərək cəkiliş aparmışlar ki, guya onlar karantin qaydaların pozublar. Halbuki, özü obyekti işlətmir və çəkilişdə olan sakinlərin onunla hec bir əlaqəsi yoxdur. Beləliklə onları polis idarəsinə gətirərək bir gecə saxlayıb, məcburən güya onun obyekti işlətdiyini və müştərilər olduğunu bildirmişlər. Ona görə də Quba rayonu, Polis Şöbəsinin Xidməti üzrə rəis müavini X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir Şikayət verən şəxs X7 məhkəmə iclasında izahat verərək, qeyd etmişdir ki, karantin qaydalarını pozub lakin həmin saatda obyetdə təmir işləri aparmasına görə ora açıq olmuşdur. Ona görə də, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 07 aprel 2021-ci il tarixdə saat 00:21 radələrində müqavilə ilə işlətdiyi Quba rayon Qaraçay kəndində yerləşən “Gold Klub” kafesində fəaliyyət göstərərək xüsusi karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 3(027)-7/2022 saylı, 10.01.2022-ci il tarixli qərarından görünür ki, X3 Quba rayonu, Polis Şöbəsinin Xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə ərizəsi təmin olunmamışdır. İş materiallarından görünür ki, X1 rayon məhkəməsinin 3(027)-7/2022 saylı, 10.01.2022-ci il tarixli qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, iş apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-153/2022 saylı, 14.03.2022-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, X7 barəsində Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X4 tərəfindən İnzibati xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilən 07.04.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsinin təmin olunmamasına dair Quba Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 3(027)-7/2022 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İş materiallarından görünür ki, Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Belə ki, Quba RPŞ-nin sahə rəisi, X2 tərəfindən X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 07 aprel 2021- ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, X7 həmin protokolla tanış olmuş, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları, vəzifələri izah edilmiş və Anar Babayev protokolu imzalamışdır. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X7 barəsində Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozaraq 07 aprel 2021-ci il tarixdə saat 00:21 radələrində müqavilə ilə işlətdiyi Quba rayon Qaraçay kəndində yerləşən “Gold Klub” kafesində fəaliyyət göstərmişdir. Ona görə də Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba RPŞ-nin xidməti üzrə rəis müavini X4 tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar