Məhkəmə qərarları › İş №3(027)-7/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-7/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-7/2025 09.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X1-X7 nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 03 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Quba rayonu, Alekseyevka kəndində yerləşən ərzaq mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman Azərbaycan Respublikasının Qida X1-X7 vəzifəli şəxsləri tərəfindən xx.xx.2024-cü il tarixdə planlı yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X1-X7 nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2024-cü il tarixli KY242257259 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida X1-X7 rəisinin xx.xx.2024-cü il tarixli QXYQ-484 nömrəli "Yoxlamanın aparılması haqqında” Qərarına əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus ərzaq mağazasında xx.xx.2024 və 06.12 .2024-cü il tarixlərdə (3 iş günü) planlı yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. 03 dekabr 2024-cü il tarixdə yoxlamanın həyata keçirilməsi məqsədilə qeyd olunan ünvana baxış keçirilmiş, lakin əməkdaşlar Şəxs tərəfindən müəssisəyə buraxılmamışlar. Göstərilən səbəbdən Şəxs məxsus ərzaq mağazasında yoxlama aparmaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsini əsas götürərək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə İnzibati xəta haqqında 03 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alıb, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsilə inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ərzaq mağazasını bağlamışdır. Bir müddətdir ki, həmin mağaza fəaliyyət göstərməmişdir. Bununla bağlı lazımı qurumlara müraciətlər etmiş və vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Qeyd olunanlara əsasən barəsində aparılan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən vəzifəli şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Qida X1-X7 planlı yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli QXYQ-484 saylı Qərarından görünür ki, 23.1.2024-cü il tarixdə Bölmənin rəisi Fərzəliyev Zaur tərəfindən planlı yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan (KY242257259 saylı) görünür ki, Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli QXYQ- 484 saylı Qərar əsasında Quba rayonu, Alekseyevka kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus ərzaq mağazasında aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Qida X1-X7 əməkdaşları X5, X8 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü nömrəli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida X1-X7 planlıənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli MMRB-YPK-095 saylı Qərarına əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus ərzaq mağazasında yoxlama aparılmasına vəzifəli şəxs Şəxs şərait yaratmamışdır və yoxlamanın keçirilməsinə etiraz etmişdir. Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsi tərəfindən Məhkəməyə təqdim edilmiş DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus ərzaq mağazasında yoxlama aparılmasına vəzifəli şəxs Şəxs şərait yaratmamışdır və yoxlamanın keçirilməsinə etiraz etmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Hazırda fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikasının Qida X1-X7 xx.xx.2024-cü nömrəli bildirişdən görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus ərzaq mağazasında yoxlama aparılması ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Qida X1- X7 planlı yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli QXYQ-484 saylı Qərarı əsasında xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə planlı yoxlama aparılması qərara alınmış, həmin yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmiş, aparılacaq yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Bundan sonra xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə sözügedən ərzaq mağazasında olmuş Azərbaycan Respublikasının Qida X1-X7 əməkdaşlarına planlı yoxlamanın keçirilməsinə vəzifəli şəxs Şəxs tərəfindən maneçilik törədilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 14.2-ci bəndinə görə Plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. 15.1-ci bəndinə görə Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 15.2-ci bəndinə görə illik yoxlama planında aşağıdakı məlumatlar göstərilir: 15.2.1. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 15.2.2. yoxlanılması nəzərdə tutulan yoxlama obyekti və müvafiq sahibkarın adı; 15.2.3. yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 15.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); 15.2.5. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 15.2.6. sahibkarda aparılmış sonuncu plan üzrə (növbəti) yoxlama haqqında məlumat (yoxlamanın başa çatdığı tarix, yoxlama aktının nömrəsi, qanun pozuntusu faktının aşkar olub-olmaması). 15.3. Növbəti il üzrə yoxlamaların aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənir və cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirir. 15.4. Sahibkarda bir neçə yoxlayıcı orqan tərəfindən birgə yoxlama aparıla bilər. Göründüyü kimi qanunverici tələblərinə əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus ərzaq mağazasında planlı yoxlama aparılacağı barədə xəbədarlıq edilmişdir. Lakin, buna baxmayaraq Quba rayonu, Alekseyevka kəndində yerləşən ərzaq mağazasını işlədən vəzifəli şəxs Şəxs yoxlama aparılmasına maneçilik törətmişdir. Maneəçilik törətməsinin səbəbi kimi mağazanın fəaliyyətinin dayandırılmasını qeyd etsə də, məhkəməyə təqdim etdiyi fəaliyyətin (VÖEN-nin) dayandırılması haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən ərzaq mağazasını işlədən vəzifəli şəxs Şəxs fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Sözügüüdən inzibati xəta hadisəsi isə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Həmçinin fəaliyyətin (VÖEN-nin) dayandırılması onun vəzifəli şəxs statusundan azad edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 544.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, vəzifəli şəxsin şəxsiyyətini xarakterizə edən halları, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 544.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati tənbeh olaraq cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar