Məhkəmə qərarları › İş №3(027)-70/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-70/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-70/2023 30.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X7 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba regional Ərazi Şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba regional Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayətə baxılması üçün X13 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, X12 Xidməti X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000(üç min) məbləğində cəza almağım barədə Qərarı ləğv edib haqqımda olan inzibati tənbeh verilmədinə dair işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, vergi orqanlarından qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə yəni Quba şəhərində Şirniyyat sexində şirniyyat hazırlayıb satışı ilə məşğul olur. 26 sentyabr 2022-ci il tarixdə fəaliyyət göstərdiyi sexdə işi ilə məşğul olarkən X12 Xidmətinin Əməkdaşları sexə gələrək özlərini təqdim edib əmək qanunvericiliyinin tələblərini yoxladıqlarını bildirmişlər və bu vaxt sexdə yaxın qohumları X11 və X5 görüb bildirmişlər ki, “onlar sənin sexində işləyir” o, müfəttişliyin əməkdaşlarına bildirmişdir ki, onlar yaxın qohumlardır, sexdə şirmiyyat hazırlamağın qaydalarını öyrənirlər, ona boş blanka imza etdirib bildirmişlər ki, hər şey qaydasındadır və çıxıb getmişlər. 2023-cü ilin 07 yanvar tarixində onu Quba Rayon İcra və Probasiya Şöbəsinə dəvət edib X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilib 3000 manat cərimə olunduğunu və xx.xx.2022-ci il tarixli Qərarı ona təqdim etmişlər. O, qərarla tanış olandan sonra bilmişdir ki, qərar qanunsuzdur və əsasssız olaraq tərtib edilib ona görə də qərardan Quba Rayon Məhkəməsinə şikayət vermişdir. Ona görə də hazırki, şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında X13 şikayəti müdafiə edərək bildirmişdir ki, yanında işləyən yetkinlik yaşına çatmayan şəxslər tanışlarının uşaqları olmuşdur. Valideynləri həmin uşaqları onun yanında sənət öyrənmək üçün göndərmişlər. Onun məqsədi onları işçi kimi işlətmək olmamışdır. Şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba regional Ərazi Şöbəsinin nümayəndəsi X14 bildirmişdir ki, Quba RPŞ-dən daxil olmuş məktub əsasında araşdırma başlanılmış, X7 yanında işləmiş şəxslərdən izahatlar alınmış, həmin şəxslər X7 yanında pul qarşılığında işlədiklərini təsdiq etmişlər. X13 həmin şəxslərlə əmək müqaviləsi bağlamamışdır. Lakin, o, vergi ödəyicisidir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DƏMX-nin X1 xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatda olan X13 tərəfindən X11 və X8 əmək müqaviləsi hüququ qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X11 və X8 yetkinlik yaşına çatmayan şəxslər olduqlarından onların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba regional Ərazi Şöbəsi qərar qəbul edərkən Quba RPŞ-də X6 və X2 alına izahatlara istinad etmişdir. Lakin, Quba RPŞ-də X11 və X4 izahatları alınan zaman onların şəxsiyyətləri müəyyən edilməmiş və onların qanuni nümayəndələri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 18 yaşına çatmamış şahidin qanuni nümayəndəsi anlayışı olmasada, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 104.1-ci maddəsinə əsasən 14 yaşına çatmamış habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi inzibati araşdırma aparılan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemin”dən çıxarışdan görünür ki, X13 vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, hal-hazırda VÖENnin statusu “Fəaliyyətini müvəqqəti dayandırmış” olaraq qeydiyyata alınmışdır. Lakin, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba regional Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən vəzifəli şəxs hesab olunaraq, barəsində 3.000 manat məbləğində cərimə tətbiq olunmuşdur. “Elektron Məhkəmə İnformasiya Sistemin”dən çıxarışdan görünür ki, X13 vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, hal-hazırda VÖEN-nin statusu “Fəaliyyətini müvəqqəti dayandırmış” olaraq qeydiyyata alınmışdır. Belə olan halda, X7 vəzifəli şəxs hesab olunaraq, barəsində 3.000 manat məbləğində cərimə tətbiq olunması əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömərli qərarından X13 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional Ərazi Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X13 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DƏMX-nin X1 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional Ərazi Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar