Məhkəmə qərarları › İş №3(027)-70/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-70/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-70/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, “AQROİNTER LTD" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC (ünvanı: Quba şəhəri, 20 Yanvar küçəsi; qanuni təmsilçisi: X2; VÖEN: 5********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs (VÖEN **********) tərəfindən 07 yanvar 2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********7721, **********7727, **********7725, **********7729 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Türkiyədən ünvanına gələn 4 (dörd) ədəd “Hidromek” markalı təkərli ekskavator yükləyicini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 06 yanvar 2025-ci il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi xx.xx.2025-ci il tarixli raportu və işdə olan digər sənədlərlə təsdiq edilir. Beləliklə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, 14000-00117/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs AQROİNTER LTD" MMC-nin nümayəndəsi qismində vəkili X2 izahatında bildirmişdir ki, protokolda qeyd olunanlarla razı deyil. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada xx.xx.2025-ci il saat 10:57-də qısa idxal bəyannaməsi verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********2603, **********2601, **********2599 və**********2600 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Türkiyədən ünvanına gələn 4 (dörd) ədəd “Hidromek” markalı təkərli ekskavator yükləyicilərinə dair gömrük orqanına qısa idxal bəyannaməsi verilmişdir. İş materiallarında olan “Malın qeydiyyat kodu”ndan görünür ki, Şəxs MMC tərəfindən Türkiyədən ünvanına gələn 4 (dörd) ədəd “Hidromek” markalı təkərli ekskavator yükləyiciləri malı Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025 saat 11:25-də gömrük ərazisinə daxil olmuşdur. İş materiallarında olan Bildirişin surətindən göründüyü kimi, gömrük orqanına elektron formada xx.xx.2025-ci il saat 10:57-də qısa idxal bəyannaməsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, **********7721, **********7727, **********7725, **********7729 sorğu nömrəli gömrük bəyannamələrinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Türkiyədən ünvanına gələn 4 (dörd) ədəd “Hidromek” markalı təkərli ekskavator yükləyicilərinə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar