Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-702/2024 13.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 Quba rayon X10 Şöbəsinin inzibati xətalarla bağlı çıxarılan xx.xx.2024-cü il tarixli TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon DYP şöbəsi tərəfindən 22 avqust 2024-cü ildə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolun və Quba rayon X10 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inziabti tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 22 avqust 2024-cü il tarixində, saat 02.40 radələrində idarə etdiyi “Mersedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən YPX əməkdaşları onu saxlayıblar. Bu zaman X8 işçiləri yaxınlaşaraq, onun spirtli içki qəbul etdiyini yoxlamadan, avtomobilini duracağa aparılacağını bildirdilər. Onu bundan sonra Quba rayon Polis Şöbəsinə aparıblar və burada müvafiq sənədləri tərtib edərək, səhərisi günü onu Quba rayon məhkəməsinə aparıblar. Məhkəməyə onun barəsində tərtib oluhmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) inzibati xəta haqqında MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) inzibati xəta haqqında MN ******* nömrəli protokollar təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli,3(027)-677/2024 saylı qərarı ilə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə isə 70 manat cərimə olunmuşdur. Həmin gün, yəni 23 avqust tarixində o cərimə meydançasından maşınını götürmək üçün Quba rayon X10 Şöbəsinə getdiyində ona bildirdilər ki, o 400 manat cərimə olunmuşdur. O, səbəbini soruşduqda, bildirdilər ki, sabah gəlib qərarı ala bilərsən. 24 avqustda Quba rayon DYP şöbəsində ona xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı təqdim etdilər. Həmin qərara görə o 400 manat cərimə olunmuşdur. Bildirir ki, DYP işçiləri onu guya spirtli içki qəbul etməyi ilə saxlasalar da, onu heç bir həkim müayinəsindən keçirmədilər. Məhkəmədə araşdırma zamanı bu hal da araşdırıldı. Belə ki, məhkəmənin qərarında göstərilir: “Azərbaycan Respublikası İXM-nin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzı aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış 1 səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd olunan qanun və normativ hüquqi aktların tələblərindən aydın olduğu kimi, sürücünün nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsinə dair müvafiq şübhələr aşkar edildikdə, onun vəziyyəti xüsusi texniki nəticəsi və ya həkim müayinəsinin rəyi ilə təsdiq edilməlidir. Digər tərəfdən, şəxsin sərxoş hesab edilməsi üçün qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması mütləqdir. Yalnız sürücünün sərxoşluq vəziyyətində olması müəyyən edildikdə və onun yanında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olmadıqda, nəqliyyat vasitəsinin müvafiq duracağa yerləşdirilməsi tələb oluna bilər. Hazırki işdə isə müəyyən edilir ki, sürücü X1 vəziyyəti müayinə edilməmiş, edilmişsə belə, buna dair və onun həqiqətən də sərxoş vəziyyətdə olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda, X4 idarə etdiyi nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə polis əməkdaşının tələbinin qanuni olmasına dair əsaslı şübhələr ortaya çıxmış olur”. Ona 24 avqust tarixində təqdim olunmuş qərarda isə onun İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir, yəni işıq cihazlarından istifadə qaydalarını pozmağa görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə. Bildirir ki, əsasında qərar qəbul olunmuş xx.xx.2024-cü il tarixli, İXP6501713 saylı protokol ona təqdim olunmayıb. Onun nə protokol tərtib olunmasından xəbəri olmamışdır, nə də ki, bu barədə ona məlumat verilməmişdir. Protokol əsasında Quba rayon X10 Şöbəsinin polis mayoru X3 tərəfindən o xx.xx.2024-cü il tarixli. TP ******* saylı qərarla 400 manat cərimə olunmuş və ancaq bundan sonra 24 avqust tarixində qərarın surəti ona verilmişdir. Bildirir ki, onun sərxoş olmamağı yuxarıda göstərilən və ərizəyə əlavə etdiyi məhkəmə qərarı ilə təsdiq olunur. YPX əməkdaşlarının qanunsuz hərəkətləri barəsində məcbur olub məhkəməyə müraciət edir və ona köməklik göstərilməsini və özbaşınalıq edən DYP işçilərinin ciddi cəzalandırılmasını xahiş edir. DYP işçilərinin bu hərəkətləri vətəndaşa münasibətdə Azərbaycan Respublikasının imzaladığı İnsan hüquqları haqqında Ümumi Bəyannamənin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın pozulmasıdır. Quba rayon DYP şöbəsi tərəfindən 22 avqust 2024-cü ildə tərtib olunmuş İXP6501713 saylı İnzibati xəta haqqında protokolun və Quba rayon X10 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, şikayətinin təmin olunmasını, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Quba RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 22 avqust 2024-cü il tarixdə saat 02:55-də MERCEDES BENZ 320 MİNİK markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən Quba şəhəri, Memar Əcəmi küçəsi ərazisində işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə xx.xx.2024-cü il tarixli, İXP6501713 saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(027)-677/2024 saylı qərarından görünür ki, 22 avqust 2024-cü il tarixdə X1 vəziyyəti müəyyən edilməmiş, onun həqiqətən də sərxoş vəziyyətdə olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmin qərarla X4 əməlinə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzaibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilmiş, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 70 manat miqdarında cərimə edilmişdir. Həmin qərarda X2 olub-olmamasına məhkəmə hüquqi qiymət verərək onun sərxoş olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə: 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 97.1. Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd:
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının müddəalarına əsasən: 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. X7 Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 8) şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. 9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). İş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən X4 nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini göstərdiyi halların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə, qərardan şikayət verən X4 izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X6 barəsində Quba RPŞ-nin DYPB-nin rəisi X3 tərəfindən verilimiş xx.xx.2024-cü il tarixli, TP6703202 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Şikayət təmin edilsin. X6 barəsində Quba RPŞ-nin DYPB-nin rəisi X3 tərəfindən verilimiş xx.xx.2024-cü il tarixli, TP6703202 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov