Məhkəmə qərarları › İş №3(027)-702/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-702/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-702/2025 28.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X4 və barəsində X6 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1998-ci il təvəllüdlü, Quba rayonunda anadan olmuş, Quba rayonu, Səbətlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş X6 materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Quba rayonu, Yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1, 342.5 və 511.1.3-cü maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP ******* №-li X6 protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində X6 iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, barəsində tərtib edilmiş protokolla tanış olmuşdur. Avtomobili yeni alıb, ona görə yol ayrıcında əylici çox sıxdığına görə avtomobil yerindən hərəkətə keçən zaman səs çıxarmışdır. Avtoxuliqanlıqla bağlı heç bir qayda pozuntusu etməmişdir. Ona görə də barəsində tərtib olunmuş X6 protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib edən X1 Şəhriyar Mirzə oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.5 və 511.1.3-cü maddələri ilə X6 protokolun onun tərəfindən tərtib edildiyini, Şəxs tərəfindən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halına yol verilmişdir. Ona görə də tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələri ilə X6 protokol tərtib edilmişdir. Eyni zamanda protokolu tərtib edən X2 görüntü təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, video görüntülərə baxış keçirilən zaman Şəxs yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi öz təsdiqini tapmamış, qayda pozuntusu aşkarlanmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixdə, İXP ******* nömrəli X6 protokol üzrə X6 iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli X6 protokol üzrə X6 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar