Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-703/2024 02.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X3 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə şikayət verərək, X6 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, X1 geri qaytarılmalıdır. Belə ki, şikayətdə xx.xx.2024-cü il tarixli qərarın X5 tərəfindən nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd olunmamış, həmçinin, həmin qərarın surəti şikayətə əlavə olunmamışdır. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-703/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-703/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver