Məhkəmə qərarları › İş №3(027)-706/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-706/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-706/2025 13.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə X3 Azərbaycan Respublikasının Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 01400/05686 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X6 məhkəməyə müraciət edərək, barəsində Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 09 iyul 2025-ci il tarixli, 01400-05531/25 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 16 iyul 2025- ci il tarixli, 01400/05686 nömrəli Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunmağı barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Gömrük İdarəsinin rəisi müavini, rəis vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, 01400/05686 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən onun guya 2024-cü ilin iyul ayında **********6368 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 10000,00 ABŞ dolları (17000,00 manat) məbləğində vəsaitin onun Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilərək inzibati xətanın bilavasitə obyekti olan 17000 manat məbləğində valyutanın dəyərinin 30 faizi, yəni 5100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə olunmuş 10000,00 ABŞ dolları (17000 manat) məbləğində vəsaitin qərarın qəbul edildiyi xx.xx.2025-ci il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərarı rəsmi qaydada 24 iyul 2025-ci il tarixdə almışdır. O, Xaçmaz Gömrük İdarəsi tərəfindən barəsində qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, 01400/05686 nömrəli qərar ilə razılaşmır. Belə ki, Xaçmaz Gömrük İdarəsi tərəfindən başlanılmış inzibati xəta barədə iş üzrə icraata qeyd edilən vəsaitlər geri qaytarıldığı üçün əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə X5 lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, izahatında qeyd etmişdir ki, təqdim olunmuş YGB-də ödəniş şərtində 004 yerinə səhv olaraq 002 göstərilmişdir. Ona görə də vəsaitlər geri qaytarılmamış kimi görünür. Bununla bağlı dəfələrlə Gömrük Komitəsinə müraciət ünvanlasa da, imtina verilmiş, lakin hər hansı bir faktla əsaslandırılmamışdır. Əvvəlki məhkəmə iclasında Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini xahiş etməklə, izahatında bildirmişdir ki, fiziki şəxs 2024-cü ilin iyul ayında gömrük bəyannaməsi üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 10000 ABŞ dolları (17000 manat) məbləğində olan vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Konsiqnasiya əməliyyatları üzrə hesabatdan da bunu görmək mümkündür. İşə baxılmasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edimiş: - X6 tərəfindən Xaçmaz Gömrük İdarəsinə ünvanlanmış 05 iyun 2025-ci il tarixli ərizəyə əsasən Xaçmaz rayonundan Dövlət nömrə nişanı 24AA313/24AA314 nömrəli avtomaşını **********6368 saylı bəyannamə ilə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Təqdim olunmuş YGB-də ödəniş şərtində 004 yerinə səhv olaraq 002 göstərilmişdir. **********6368 saylı bəyannamədə ödəniş şərtini 004 düzəliş olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 01400/05686 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə qörə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci ıl tarixli qərarını rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 17000.00 manat məbləğində valyutanın dəyərinin 30 (otuz) faizi, yəni 5100 (beş min yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. AR İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir Hazırda fiziki şəxs iddia edir ki, 2024-cü ilin iyul ayında **********6368 nömrəli gömrük bəyannaməsində ödəniş şərtində 004 əvəzinə texniki səhv olaraq 002 göstərilməsi səbəbindən 10000 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba qaytarılmadığı görünür. Lakin həmin məbləğin qaytarılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. AR Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. 12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. 12.5. Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir İşin hallarından görünür ki, şikayətçi tərəfindən 29 iyun 2024-cü il tarixli gömrük bəyannaməsində göstərilən ödəniş şərtinə düzəliş edilməsi ilə ilkin olaraq 05 iyun 2025ci il tarixdə, daha sonra isə elektron qaydada xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə Gömrük İdarəsinə müraciət ünvalanmışdır. Lakin elektron müraciətlərinə cavab olaraq müqavilədəki ödəniş şərti ilə müraciətdəki ödəniş şərtinin eynilik təşkil etməməsi səbəbi ilə əlaqədar olaraq imtina cavabı verilmişdir. Hazırda şikayətçi tərəfindən orqanın imtina ilə bağlı cavabı hər hansı bir qaydada mübahisələndirilməmiş, inzibati tənbeh tədbiri barədə qərarın əsassız olduğu iddia edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasının 180 gün ərzində təmin edilməsi nəzərə tutulmuşdur. Lakin AR Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş konsiqnasiya əməliyyatları üzrə hesabatdan müəyyən olunur ki, xx.xx.2024-cü il taixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə fiziki şəxs Saleh Ərəbov tərəfindən xx.xx.2024cü il buraxılış tarixli **********6368 nömrəli gömrük bəyannaməsi üzrə 10 000 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi təmin edilməmişdir. Əlavə olaraq məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq da AR Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 11 sentyabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, müqavilədəki ödəniş şərti ilə müraciətdəki ödəniş şərti eynilik təşkil etmədiyinə görə şəxsin sifarişindən imtina edilmişdir. Göründüyü kimi ödəniş şərti ilə şikayətçinin müraciətində göstərilən şərt arasında ziddiyət mövcud olmuş, qeyd olunan ziddiyətə şikayətçi tərəfindən yol verilmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa münasibətdə isə məhkəmə bildirir ki, sözügedən çıxarışda 9978.95 ABŞ dolları məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdə hesaba mədaxil olunduğu görünür. Hansı ki **********6368 nömrəli gömrük bəyannaməsi 29 iyun 2024-cü il tarixlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayətdə sadalanan halları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli, 01400/05686 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslı hesab etmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi fiziki şəxs tərəfindən xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasının təmin edilmədiyi təsdiq edilməklə, Saleh Ərəbov tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələbləri pozulması müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: X3 Xaçmaz Gömrük İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli 01400/05686 nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar