Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-707/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, Quba rayon Polis şöbəsinin 03.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Quba rayon Polis şöbəsinin 03.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Hal-hazırda X4 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 göstərdi ki, 03 iyun 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi Kamaz 5320 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Quba yolunun 162-ci kilometrində Quba istiqamətində hərəkət edərkən qarşısında hərəkət edən "Ford-Tranzit" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyib, hadisə qəflətən baş verdiyindən idarə etdiyi avtomaşınla sonradan şəxsiyyətini bildiyi Səxavət Əlimuradovun idarə etdiyi Ford Tranzit yük maşını arxadan dəyib, o dərhal avtomaşını saxlayıb hadisənin necə baş verdiyini araşdıranda məlum olub ki, Səxavət Əlimuradov idarə etdiyi Ford Tranzit yük maşını qarşıda gedən digər Ford markalı avtomaşını arxadan vurmasına səbəb həmin avtomaşının qarşıda gedən VAZ 2107 markalı avtomaşını arxadan vurmuş, zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə DYP əməkdaşları gəlib hadisənin baş vermə səbəblərini araşdırıblar və onun AR İXM-nin 327-ci maddəsinin tələblərini pozduğunu bildiriblər, lakin ona hadisənin sxemi və digər sənədləri təqdim etməyiblər. O, Quba rayon Polis Şöbəsinin hadisə ilə bağlı materiallarını əldə etdikdən sonra məlum olub ki, 06 iyun 2020-ci il tarixdə onun idarə etdiyi Kamaz 5320 markalı avtomaşında baş verən yol nəqliyyat hadisəsi zəncirvari bir hadisə olduğu halda yalnız onun idarə etdiyi avtomaşınla Səxavət Əlimuradovun idarə etdiyi "Ford-Tranzit" yük markalı avtomaşını vurmağı barədə qeydiyyat aparılıb, hadisə faktiki olduğu kimi təsvir olunmayıb. O, idarə etdiyi Kamaz 5320 markalı avtomaşınla ara məsafəsi saxlayıb, qəflətən qarşısında hərəkət edən Ford markalı avtomaşınla toqquşduqdan sonra qəflətən yolun hərəkət hissəsində dayanıb, idarə etdiyi avtomaşınla Ford markalı avtomaşına dəyib. Quba rayon Polis Şöbəsinin YPX-nin əməkdaşları hadisəni tam, hərtərəfli və obyektiv araşdırmadan, hadisəni protokolda faktiki baş verdiyi kimi qeyd etmədən, iş üzrə hadisəni baş vermə mexanizmini araşdırmadan, zərurət doğarsa avtotexniki ekspertiza təyin edərək onun hadisənin qarşısını almağa texniki imkanı olub-olmamasını müəyyən etmədən onu əsassız olaraq məsuliyyətə cəlb etmişlər. Quba rayon Polis Şöbəsinin DYP-nin əməkdaşı qeyd etdiyi maddənin tələbini pozmuş, ona görə də əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, iş üzrə yenidən araşdırma aparılmalı, sübutlara qiymət verilməli və onun təqsiri olmaması müəyyən edilərsə, qərar ləğv edilərək inzibati işin icraatına xitam verilməlidir. İ.Rüstəmov Quba rayon Polis şöbəsinin 03.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi inzibati və inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin nümayəndəsinin iştiraklı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Quba rayon Polis şöbəsinin 03.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialından görünür ki, X4 03 iyun 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi Kamaz 5320 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Quba yolunun 162ci kilometrində Quba istiqamətində hərəkət edərkən qarşısında hərəkət edən "Ford-Tranzit" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək qəza şəraiti yaratmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarından görünür ki, X1 rayonu, Barlı kəndində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə tədqiq edilən iş materiallarından müəyyən edildi ki, X4 03 iyun 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Kamaz 5320” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Quba yolunun 162-ci kilometrində Quba istiqamətində hərəkət edərkən qarşısında hərəkət edən "Ford-Tranzit" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş, inzibati xətaya yol vermişdir. Şərh edilənlərə əsasən, məhkəmə Quba rayon Polis şöbəsinin 03.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Quba rayon Polis şöbəsinin 03.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə X2 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-707/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-707/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver