Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-707/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Tələbkar "ORBİS AV” MMC-nin qanuni təmsilçisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Neapol 26a, mənzil 26 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2- 2(119)-48/2021 saylı icra sənədini icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddə ilə nəzərdə tutulan inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2- 2(119)-48/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 25043 manat, 75 qəpik məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu olmaqla cəmi 25543 manat, 75 qəpik pul vəsaiti tutularaq iddiaçı "ORBİS AV” MMC-nin hesabına ödənilməlidir. İş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilsin, 25 manatı isə cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 124 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq Məhkəmə Ekspertiza X1 hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şəxs icra sənədində göstərilən məbləğdən tələbkarların xeyrinə bu günə kimi 1300 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o bu qərarı icra etməkdən imtina etmir, bu günə kimi "ORBİS AV” MMC-nin xeyrinə 1300 manat ödəniş edib. Qalan məbləği tam ödəmək iqtidarında deyil. Hazırda 500 manat ödənş edir. Başqa gəlir yeri yoxdur. Mülkiyyətində olan avtomobili satıb borcun yüklü hissəsini ödəməyə söz verir. Məhkəmə iclasında tələbkar "ORBİS AV” MMC-nin qanuni təmsilçisi X7 izahatında bildirmişdir ki, Şəxs MMC-nə borclu olduğu 25543 manat, 75 qəpik məbləğdən bu günə kimi cəmi 1300 manat ödəniş etmişdir. O pulunu bütövlükdə tələb edir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2- 2(119)-48/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 25043.75 (iyirmi beş min qırx üç manat 75 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 25543.75 (iyirmi beş min beş yüz qırx üç manat 75 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs Məhdud Məsuliyyyətli Cəmiyyətinə ödənilməsi, iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməsi, 25 manatı isə cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Məsuliyyyətli Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq Məhkəmə Eksperiza X1 hesabına (AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2- 2(119)-48/2021 saylı icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə və dəfələrlə icra sənədinin icra edilməsinin tələb edilməsinə baxmayaraq, icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması və səmimi peşmançılığı olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-707/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-707/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver