Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-707/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Kamilli Günel Hakim qızı, X1 inzibati tənbeh vermə haqqında 02 iyun 2025-ci il tarixli qərardan şikayətini nəzərdən keçirib, müəyyən etdim: X2 şikayət ərizəsilə müraciət edərək 02 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, 02 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətçi məhkəməyə təqdim etdiyi şikayətdə qərarın 02 iyun 2025-ci il tarixdə qəbul edildiyini və həmin tarixdə də onun mobil telefonuna SMS vasitəsilə Quba şəhəri, T.Əhmədov küçəsində AR İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və 80 manat məbləğində cərimə ediməsi barədə məlumat gəldiyini qeyd etmişdir. Lakin sözügedən qərardan şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Şikayətçinin nəzərinə çatdırılır ki, müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 inzibati tənbeh vermə haqqında 02 iyun 2025-ci il tarixli qərardan şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələbi və müddətin bərpası barədə vəsatət verilməsi mümkünlüyü şikayətçiyə izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-707/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-707/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver