Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-708/2022 14.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, X2 iştirakı ilə, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2017-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutularaq barəsində xx.xx.2017ci il tarixli KYP 629134 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o,12 yanvar 2017-ci il tarixdə saat 23:00 radələrində idarə etdiyi “VAZ-21063” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə işıq sistemindən istifadə qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış və içkili olmadığı halda 333.1-ci maddələri ilə təqsirli bilinərək polis kapitanı tərəfindən xx.xx.2017-ci il tarixli KYP 629134 saylı protokol əsasında xx.xx.2017ci il tarixdə qərar tərtib edilərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməyi əsassızdır. Çünki, polis əməkdaşları tərəfindən protokol və protokol əsasında qərar tərtib edilərkən heç bir araşdırılma aparılmamış, əsassız olaraq tərtib edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli KYP 629134 saylı protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar rəsmi qaydada xx.xx.2022-ci il tarixli ərizə ilə Quba rayon Polis Şöbəsinə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir. Halbuki həmin qərarda da qeyd edildiyi kimi qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə verilməlidir. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırılma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və xx.xx.2017-ci il tarixli KYP 629134 saylı protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Çünki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba rayon Polis Şöbəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2017-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 12 yanvar 2017-ci il tarixdə idarə etdiyi “VAZ-21063” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 3(027)- 47/2017 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X3 apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini, müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Quba rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(027)-47/2017 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 3(027)-47/2017 saylı qərarından X2 apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmiş, X2 Quba Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 3(027)-47/2017 saylı qərarından apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmiş, apelyasiya şikayəti baxılması üçün inzibati işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 3(105)-102/2022 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 31 yanvar 2017ci il tarixli, 3(027)-47/2017 saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmdən saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2017-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 31 yanvar 2017-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-708/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-708/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver