Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-709/2022 18.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin Şimal regional X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC (ünvanı: Quba rayonu, Qırız Dəhnə; təmsilçisi: X4; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin Şimal regional X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin Şimal regional X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 04 iyul 2022-ci il tarixdə Şəxs MMC-də keçirilən plandan kənar yanğın texniki-müayinə zamanı Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının 01-2001 bənd 6.1; 10.4 və 03-2002 bənd 3.1-in tələblərinin pozulması aşkar edilmişdir. Beləliklə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin Şimal regional X7 İdarəsi tərəfindən inzibati xəta haqqında 04 iyul 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahat verərək göstərdi ki, 04 iyul 2022-ci il tarixdə Şəxs MMC-də keçirilən plandan kənar yanğın texniki-müayinə zamanı Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının 01-2001 bənd 6.1; 10.4 və 03-2002 bənd 3.1-in tələblərinin pozulması aşkar edilmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, Şəxs MMC barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmişAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin Şimal regional X7 İdarəsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Quba rayonunun Qırız-Dəhnə kəndində yerləşən Şəxs MMC-nə məxsus “Nazlı bulaq” istirahət mərkəzində 04 iyul 2022-ci il tarixdə yanğın texniki-müayinə keçirilmiş, həmin müayinə zamanı Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının 01-2001 bənd 6.1; 10.4 və 03-2002 bənd 3.1-in tələblərinin pozulması aşkar edilmiş, onun əsasında 794 nömrəli akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 04 iyul 2022-ci il tarixli, 794 nömrəli yoxlama aktından görünür ki, istiahət mərkəzinin daxili elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanması barədə akt tərtib edilməmişdir; istirahət mərkəzində mövcud olan od söndürən balonların kimyəvi tərkibinin dəyişdirilməməsi (YTQ 1-2001 bənd 6.1); istirahət mərkəzində quraşdırılmış yanğın xəbərverici siqnalizasiya qurğularının yoxlanılması barədə akt tərtib edilməmişdir (YTQ 01-2001 bənd 10.4); istirahət mərkəzində propan qaz balonundan istifadə edilmir (YTQ 03-2002 bənd 3.1), istirahət mərkəzində rezin boru ilə birləşdirilmiş qaz xətlərindən istifadə edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-709/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-709/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver