Məhkəmə qərarları › İş №3(027)-709/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-709/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-709/2025 12.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 28661235 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş qərar statuslu protokol ləğv edilərək barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində X6 markalı 90UE759 dövlət qeydiyyat nişanlı avtomobil vardır. 18 iyun 2025-ci il tarixində saat 12:48 radələrində mülkiyyətində olan avtonəqliyyat vasitəsi ilə Quba şəhəri, X4 ərazisində hərəkətdə olmuş, avtonəqliyyat vasitəmi orada saxlayaraq mağazaya müəyyən ərzaq məhsulları almaq üçün getdi, bir neçə saatdan sonra onun mobil telefonuna SMS vasitəsi ilə Quba şəhəri X2 AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 20 manat məbləğində cərimə edilməyi haqqında tənbeh növü tətbiq edilməsi barədə qərar gəldi, o qeyd edilmiş qərarla razılaşmadığı üçün Daxili İşlər Nazirliyinə online müraciət edərək şikayət etdi. Onun şikayəti əsasında Quba DYP bölməsində araşdırma aparılmağa başlanıldı, lakin ona yekun nəticə barədə heç bir məlumat vermədilər. Ona görə də, qeyd edilmiş qərar qanunsuz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Şikayətinə əlavə etdiyi 18 iyun 2025-ci il tarixli qərar statuslu protokoldan aşkar olunur ki, qeyd edilmiş qərara əsasən o dayanma durma qaydalarını pozaraq AR İXM-nin 346.1-ci maddəsində nəzərdə mıulmuş inzibati xətanı törədərək 20 manat cərimə olunmuşdur. Hörmətli Məhkəmə- 18 iyun 2025-ci il tarixində onun barəsində tərtib edilmiş protokolun hadisə yerinin kamerasından əldə etdiyi görüntülərdən aşkar olunur ki, həmin yerdə dayanma durma qaydalarının nəzərdə tutulması barədə heç bir lövhə, nişan yoxdur, belə bir vəziyyətdə onun barəsində əsassız protokol tərtib edib inzibati məsuliyyətə cəlb renməyi qanuna ziddir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, maşını “birja” ərizsində saxladığını, maşını saxladığı ərazidə nişanlama xətti olmadığını, ticarət ərazisində cərimə olunmasının qanunsuz olduğunu bildirərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28661235 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28661235 saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28661235 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş, X1 ərizəsində nəzərdə tutulmuş xususatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28661235 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar