Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-715/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Quba rayonu, Yol Patrul xidmət inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 22.07.2021-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayonu, Yol patrul xidmət inspektoru polis baş serjantı İsmixanov Emin Vidadi oğlu tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 22.07.2021-ci il tarixli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. X4 həmin qərarlardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 bildirdi ki, o, 22 iyul 2021-ci il tarixdə, saat 14:35 radələrində Quba şəhərində “Toyata Camry” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən hərəkət edən zaman Quba RPŞ-nin yol patrul xidməti inspektoru əməkdaşları onun avtomobilini saxlamış, əks yolda hərəkət etməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmədən birbaşa 22.07.2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləvğ edilməlidir. Ona görə ki, o, 22 iyul 2021-ci il tarixdə Quba şəhəri Vaqif küçəsində yerləşən “AvtoKlas” avtomobillərin ehtiyyat hissələrinin satışı mağazasının qarşısında dayanan zaman yol patrul xidməti əməkdaşı ondan sənədləri tələb etmiş, əks yolda hərəkət etdiyini bildirmişdir, qeyd etmək istəyir ki, onun dayandığı ərazidə yol kənarında heç bir yol nişanı olmamışdır. Belə olan halda həmin yolun birtərəfli olması, geriyə hərəkət olmaması və s. hallar barədə heç bir qeyd olmamışdır. Bundan başqa o, uzun illər Rusiya Federasiyasında yaşadığından Azərbaycan əlifbası ilə oxuyub yaza bilmir. Barəsində protokol tərtib etmədən qərar qəbul edilməsi qanunsuzdur. İlk əvvəl barəsində protokol tərtib edilməli idi, o, Azərbaycan dilində oxuyub yaza bilmədiyi üçün ona tərcüməçi ilə təmin edilməli idi. O, qərarın üzərində də oxuya bilmədiyi üçün tərtib edilmiş sənədin, qərar və ya protokol olmasını bilmədiyi üçün kril əlifbası ilə protokolla razı deyil qeydini yazmışdır. Göründüyü kimi barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilmiş, qərar əsaslandırılmamışdır. Ona görə də Quba rayonu, Yol Patrul Xidməti inspektoru polis serjantı İsmixanov Emin Vidadi oğlu tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 22.07.2021-ci il tarixli, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis X7 Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab edir İş materiallarına əlavə edilmiş TP ******* saylı, 22.07.2021-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 01.09.2021-ci il tarixli X3 ünvanladığı məktubdan görünür ki, onun Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinə etdiyi müraciəti Quba RPŞ-də araşdırılmış, müraciətdə qeyd olunan xüsusatlarla əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, Yol Patrul Xidmət inspektoru polis serjantı X2 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmədən birbaşa inzibati tənbeh vermə haqqında 22.07.2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələbləri pozulmaqla cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış və bu barədə 22.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın üzərində protokolla razı olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsində qeyd olunur ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərərfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh etmə haqqında qərar çıxarılır. Əgər F.Xəlilov inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşma razılaşmamışsa, onda həmin məcəllənin 124.3-cü maddəsinə əsasən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokol tərtib etməli və həmin məcəllənin 124.4-cü maddəsinə əsasən protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli idi. F.Xəlilovun izahatından və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, inzibati xəta törədilməsi ilə bağlı YPX əməkdaşının protokolu ilə razılaşmamışdır. Lakin buna baxmayaraq, YPX əməkdaşı tərəfindən İXM-nin tələbləri ciddi şəkildə pozularaq, F.Xəlilovun cərimə olunmasına dair müvafiq qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Quba rayonu, Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 22.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN-nin BDYPİ-nə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Quba rayonu, Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 22.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-715/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-715/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver