Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-716/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş DİN Quba RPŞ-si İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Onun müdafiəçisi X6 iştirakı ilə, xx xxx 1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Quba şəhəri 32-33-cü məhəllə ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “480 club” çay evinin qarşısında qəsəbə sakinlərini yüksək səslə nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında protokol tərtib edən X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “480 club” çay evinin qarşısında qəsəbə sakinlərilə aralarında mübahisə yaranmış və o sakinləri yüksək səslə nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, sahibkar olmaqla yanaşı fərdi qaydada usta işləyir. Həmin gün, o Nügədi kəndinə kafel vurmağa getmiş və axşam evə qayıtdıqda, Polis şöbəsinə davət edilmişdir. O da vəkilinin iştirakı ilə dəvət əsasında izahat vermişdir. Ümumiyyətlə xx.xx.2023-cü il tarixdə o “480” çay evinə getməmiş, ondan şikayət edən şəxsləri də həmin gün görməmişdir. Məhkəmə iclasında şahd qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, “480 club” çay evi onun evindən 30-40 metr məsafədə yerləşir. Axşamlar orada yaranmış vəziyyət onu və ailəsini həmçinin sakinləri narahat edir. Gələn müştərilər içib sərxoş halda bir-birilərilə mübahisələr edir və yüksək səslə nalayiq ifadələr işlədirlər. Bu səbəbdən də onların iş fəaliyyətilə əlaqədar irad bildirmiş, lakin Raminin söyüş söydüyünü və nalayiq hərəkətlər etdiyini görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Şəxs Nügədi kəndində onun evində usta işləyir. Bir neçə gündür səhər saat 08:00 radələrində gəlir və axşam 08:00 radələrində gedir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə də eyni qaydada gəlib-getmişdir. Məhkəmə iclasında müdafiəçi X1 Ramin Əmrulla oğlunun yüksək səslə nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmasının sübuta yetirilmədiyini və həmin günü “480 club” çay evində olmadığını, habelə zərurət olarsa kamera görüntüləri çıxarış olunmaqla müdafiə etdiyi şəxsin hər hansı ictimai qaydanı pozan hərəkətlərə yol vermədiyin subut oluna biləcəyini nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək Şəxs əməlində fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərə yol verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta tərkibi olmadığı müəyyən edilərək, belə nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Habelə AR Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki inzibati material üzrə Şəxs hərəkətlərində ictimai qaydanı kobud surətdə pozulması və və cəmiyyətə açıqca hörmətsizlik edilməsi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Protokol tərtib etmiş şəxsin istinad etdiyi və onun təşəbbüsü ilə şahid qismində dindirilmiş şəxs ifadəsində Şəxs söyüş söydüyünü və nalayiq hərəkətlər etdiyini görmədiyini bildirmişdir. Habelə müəyyən olunmuşdur ki, inzibati araşdırma zamanı izahatları alınan şəxslər: Kazım Paşayev, Arif Feyzullayev, Namiq Pənahov və Möhnət Bahaddinov izahatlarında “480 club” çay evinin fəaliyyəti ilə əlaqədar yaranmış mühitin sakinlərə narahatlığı və müdriyyətə bu barədə iradları barədə bildirmiş, Şəxslə bağlı, hətta hər hansı hadisənin baş vermə şəraiti və tarixi ilə bağlı da ümumiyyətlə dəqiqləşdirici xüsusatlar qeyd etməmişlər. Habelə izahatı alınan Allahquliyev Elşad və İbrahimxəlilov Seyfəddinov izahatlarında “Aynur və Ülvi” adlı şəxslərlə bağlı qeydlər etsələr də, izahatda “Aynur” yazısının üstündən xətt çəkilməklə “Ramin” yazısı kimi düzəlişlər edilmiş və düzəlişin həqiqiliyi ilə bağlı izahatın sonunda hər hansı qeyd aparılmamışdır. Materialda “Aynur və Ülvi” adlı şəxslərin müəyyən edilməsi ilə bağlı icraatın ayrılmaqla məhkəməyədək inzabati araşdırma aparılması da müəyyən olunamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında icraat izahatlarda qeyd edilmiş şəxslərlə bağlı hissədə inzibati araşdırma üçün səlahiyyətli AR Daxili İşlər Nazirliyi Quba rayon Polis şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-716/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-716/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver