Məhkəmə qərarları › İş №3(027)-718/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-718/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-718/2025 05.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1 nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Quba rayonu, Pirvahid kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 8ZKZ4T3, evli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 1 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, e-2(010)-517/2025-021 saylı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 saylı və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(103)-873/2025-005 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X7 izahatında bildirmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(010)- 517/2025-021 saylı icra vərəqəsinə əsasən Cavabdeh Şəxs 25000 manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 saylı icra vərəqəsinə əsasən tərəflərin ümumi birgə mülkiyyəti olmuş “Nissan Patrol” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə görə 20.000 manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(103)-873/2025-005 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qızından iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2025-ci il tarixlərində daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmış və borclunun adına heçbir əmlak aşkar olunmamışdır. İşlər üzrə cavabdeh Şəxs oğlu ümumi icra sənədləri üzrə bugünədək 3720 manat ödəniş etmişdir, halhazırda ümumi icra sənədləri üzrə borcu 49 049 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, hal-hazırda Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(103)- 873/2025-005 saylı icra sənədi üzrə borcunu tam ödəmək iqtidarında deyil. Lakin bir hissəsinin indi, daha sonra isə qalan məbləğin ödənişini həyata keçirəcəkdir. Qeyd olunanların qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş protokolla razı deyil. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(010)-517/2025 saylı qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Hazırda həmin qətnamə tərəflərindən mübahisələndirilir. Digər qətnamə, yəni Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1852024 nömrəli qətnaməsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin qətnamədə göstərilən nəqliyyat vasitəsinə münasibətdə borcluya qarşı dələduzluq edilmişdir. Belə ki, 16 noyabr 2024-cü il tarixdə cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra 12 aprel 2025-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Aliment borcuna münasibətdə isə qeyd edilməlidir ki, borclu həmin məbləğin ödənişindən yayınmır. Məhkəmə iclasında iş üzrə tələbkar X1 nümayəndəsi X9 izahatında bildirmişdir ki, borcun tam şəkildə ödənilməsini tələb edir. Barəsində qanunamüvafiq surətdə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e- 2(010)-517/2025-021 saylı icra vərəqəsinə əsasən Cavabdeh Şəxs 25000 (iyirmi beş min) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 saylı icra vərəqəsinə əsasən tərəflərin ümumi birgə mülkiyyəti olmuş “Nissan Patrol” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(103)- 873/2025-005 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində, xx.xx.2024- cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qızından iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(010)-185/2024-062 saylı və xx.xx.2025-ci il tarixli, e-2(010)-517/2025-021 saylı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2(103)-873/2025-005 saylı sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e- 2(010)- 185/2024-062 saylı icra sənədi xx.xx.2018-ci il tarixində icra məmurunun icraatına daxil olmuşdur. xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e- 2(010)-517/2025-021 saylı qətnaməsindən Şəxs xx.xx.2025-ci il tarixdə apelyasiya şikayəti vemişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 saylı qətnaməsi üzrə tərəflərin ümumi birgə mülkiyyəti olmuş “Nissan Patrol” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınsa da, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və xx.xx.2025-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərarlardan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 saylı qətnaməsinin qəbul edilməsinə səbəb olan əmlak üzrə cinayət işi açılmışdır. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(010)- 517/2025 saylı və xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 icra sənədləri üzrə borclunun göstərdiyi dəlillərə münasibətdə bildirir ki, xx.xx.2025-ci il tarixli qətnamədən borclu tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş və həmin şikayətin mümkünlüyü ilə bağlı məsələ hazırki mərhələdə öz həllini tapmamışdır. Digər, yəni xx.xx.2024-cü il tarixli qətnamənin icrasına münasibətdə iə bildirir ki, həmin qətnamə üzrə mübahisə predmetini təşkil edən “Nissan Patrol” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ələ keçirilməsi ilə əlaqədar cinayət işi başlanılmışdır və xx.xx.2025-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərar qəbul edilmişdir. Lakin məhkəmə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş borcludan aliment məbləğinin tutulması ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2(103)-873/2025-005 saylı icra sənədinin icra edilməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, hazırda aliment borcu ümumilikdə 4049 manat təşkil edir. Borclu məhkəmə iclasında hazırda onun yalnız bir qismini ödəyəcəyini bildirmiş, qalan məbləğin isə hazırda ödənilməsinin mümkün olmadığını, lakin ödəməyə çalışacağını qeyd etmişdir. Bundan əlavə tələbkarın nümayəndəsi bununla razılaşmadığını məhkəmədə qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda şəxsin üç icra vərəqəsi üzrə borclu qismində çıxış etməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e- 2(010)-517/2025 saylı və xx.xx.2024-ci il tarixli, e- 2(010)-185/2024-062 icra vərəqələrinin icra edilməməsinə müvafiq əsaslar gətirməklə haqq qazandırmasını, lakin alimentin ödənilməsi ilə bağlı öhdəliyini lazımı qaydada icra etməməsini, hazırki vəziyyətdə isə onun yalnız bir qisminin ödənilməsi iqtidarında olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən hərəkətlər icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 avqust 2025-ci il il, saat 16:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 avqust 2025-ci il il, saat 16:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar