Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-72/2025 11.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətində və istifadəsində olan “VAZ-21213” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Bildirir ki, 21 yanvar 2025-ci il tarixdə idarə etdiyi avtomaşınla ailəsiylə birlikdə saat təxminən 10:00 radələrində Quba şəhərində hərəkətdə olarkən DYPnin əməkdaşı adını və soyadını sonradan bildiyi Anar İbişov onu saxladıb sənədlərini tələb etmişdi, o da sənədlərini ona təqdim etmişdi. Sənədlərinin qaydasında olduğunu bildirib ona demişdi ki, “sənin sərxoşluğunu yoxlayacayıq”. Ona spirtli içki qəbul etmədiyini bildirmiş, lakin o, heç bir əsas olmadan ailənin yanında sərxoşluq dərəcəsini yoxlayandan sonra nəfəs verməyini tələb etdiyi üçün etirazını bildirmişdi. Onu təhqir edib başına oyun açacağını bildirib post patrul xidməti çağırmışdı və onu ailəsiylə birlikdə polis şöbəsinə aparmışdılar. Orada bir müddət saxladıqdan sonra onu buraxmışdılar və sonradan ona SMS vasitəsilə AR İXM- nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini və 50 manat cərimə olunduğu barədə qərar gəlmişdir. O qeyd edilən qərarla razılaşmır, qərar qanunsuz və ədalətsiz olmaqla maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, onun idarə etdiyi avtomaşında xarici işıq cihazları və ya qabaq şüşəsinin şüşə süzgəcləri və digər istismarı qadağan olan hallar yoxdur. Sadəcə DYP-nin əməkdaşı özünü sığortalamaq, özünü qanunsuz hərəkətlərini ört basdır etmək üçün qeyd edilən qərarı qəbul etmişdir və bu qərarda qeyd etdiyi əsaslara görə ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin YPX-nin inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək qeyd edir ki, X2 İXM 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübutların təqdim edilməsi təmin edilmədiyindən, habelə nəqliyyat vasitəsinin nasazlığının aradan qaldırılması mümkünlüyü yoxlanmadan avtomobil istismara qaytarıldığından, bu da inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-72/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-72/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver