Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-720/2021 08.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Quba rayonu, Mirzəməmmədkənd kəndində anadan olmuş, Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 08 aprel 2021-ci il tarixdə saat 08:00 radələrində Quba şəhərinin köhnə avtovağzal dairəsində aralarında yaranmış mübahisə zamanı qaynastası Zərərçəkmiş şəxs döyərək, fiziki ağrı yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, taksi fəaliyyətilə məşğul olur. 08 aprel 2021-ci il tarixdə saat 08:00 radələrində həmişəki kimi Quba şəhərinin köhnə avtovağzal dairəsinə gəlmiş, sərnişinlə danışarkən xəbəri olmadan kiminsə arxadan bəyun və sifət nahiyəsinə vurması nəticəsində dizləri üstə yerə yıxılmışdır. Ayağa qalxdıqda onu vuran şəxsin qaynatası Şəxs olduğunu görmüşdür. Şakir ona qarşı təhqirli söyüşlər işlədərək, üzərinə hücum çəkmiş, o isə özünü müdafiə etməyə çalışmışdır. Bundan sonra Şakir polis əməkdaşlarını görüb qaçmışdır. Şakir ona hücum edənə qədər onu görməmiş və aralarında mübahisə də olmamışdır. Şakir ona vurduğuna görə o da yumruqla və təpiklə vursa da sonuncuya dəyməsini xatırlamır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 08 aprel 2021-ci il tarixdə saat 08:00 radələrində Quba şəhərinin köhnə avtovağzal dairəsində yaş kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Turalı yumruqla vurmuş, sonra paltarından və qollarından tutaraq boynunu aşağıya doğru əymiş və təkrar yumruqla vurmuş, Tural yerə yıxılmışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Tural da həmin vaxt ona yumruq və təpiklə sifət, bədən nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ətrafda kənar şəxsləin olmasını görməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi, cinayət işinin başlanması 08 may 2021-ci il tarixdə rədd edilmiş, inzibati xəta haqqında protokol məhkəməyə 08 sentyabr 2021-ci il tarixdə daxil olmuş və hazırda qərarın qəbul edilməsindən 3 aydan çox vaxt keçmişdir. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası DİN-nin Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-720/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-720/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver