Məhkəmə qərarları › İş №3(027)-722/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-722/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-722/2024 23.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 X3 haqqında xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, BDYPİ-in Quba Rayon Polis Şöbəsinin barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli X3 Haqqında Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında Qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində 15 BL289 dövlət nömrə nişanlı Ford Transit markalı avtomobil vardır. Avqust ayının 20-i saat 17:20 radələrində Heydər Əliyev prospektində avtomaşını kənara çəkib saxladığı müddət BDYPİ Quba Rayon Şöbəsinin əməkdaşları onun saxldığı yerdə avtomobilinin şəklini çəkərək İXM-nin 346.3-cü maddəsinin bəndinə əsasən -Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə-100 manat məbləğində cərimə edərək EQ23099448 nömrəli Qərar çıxarmışdır. O, qeyd etmək istəyir ki, H.Əliyev prospektindəki ümumi istifadədə olan yolda avtodayanacaq yerləri olmadığından və həmçinin həmin yolda bütün sürücülər avtomobillərini heç bir piyadanın hərəkətinə maneəçilik törətməmək şərtilə park etdiyindən o, da eyni qayda ilə avtomobilini avtobus zolağından aşağda saxlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin H.Əliyev prospektinə aid kamera çəkilişindən də aydın görünür ki, o avtomobilini heç bir qanun pozuntusuna yol vermədən saxlamışdır. Hesab edir ki, BDYPİ-in Quba Rayon Şöbəsinin əməkadaşları məsələyə obyektiv yanaşmamışdır. Ona görə də barəsində tərtib edilmiş qərar ləğv edilməli və AR İXM-nin 346.3-cü maddəsi ilə inzibatı məsuliyyətə cəlb edilməyi qanunsuzdur və o qeyd etdiyi əsaslara görə inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X2 və Bakı şəhər BPİ-nin X5 İdarəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə X1 və Bakı şəhər BPİ-nin X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 Azərbaycan Respublikası BDYPİ-in Quba Rayon Polis Şöbəsinin barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli X3 Haqqında Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında Qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Azərbaycan Respublikası BDYPİ-in Quba Rayon Polis Şöbəsinin barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli X3 Haqqında Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında Qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar