Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-723/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Protokol tərtib edən X1, Zərərçəkmiş şəxs (tələbkar) X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, ailəli, sürücü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Alpan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-813/2019 saylı, 25.02.2019-cu il tarixli icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən 09 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X2 göstərdi ki, Quba Rayon Məhkəməsinin 2(027)- 813/2019 saylı,25.02.2019-cu il tarixli “icra vərəqəsi”-nə əsasən Şəxs cəmi 660 manat məbləğdə pul alınaraq X6 verilməsi qət edilmişdir. Aparılmış icraat zamanı borclu Şəxs bu vaxta kimi tələbkarın xeyrinə 150 manat ödəniş etmiş, hazırda icra sənədi üzrə borcu 510 manat təşkil edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, işləmir və maddi vəziyyəti yaxşı deyil. X6 borcundan hissə-hissə olmaqla 250 manat ödəniş edib və 410 manat qalan borcunu bir ay ərzində ödəyəcək. Qərar qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs (tələbkar) X7 bildirdi ki, Şəxs ona sonuncu dəfə 08.12.2020-ci ildə ödəniş edib, hal-hazırda ona olan borcu 410 manat təşkil edir. Pulunu tələb edir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-723/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs cəmi 660 manat məbləğdə pulu X6 ödəməli olduğu halda, tələbkara cəmi 250 manat pul ödəyib və hal-hazırda 410 manat borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-723/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,
105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-723/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:İlqar Məmmədov