Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-723/2025 14.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs Əlsafa oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olan, Quba rayonu, 31-ci məhəllə ünvanda yaşayan Əİəskərov Nail Əlsafa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 tərəfindən Əİəskərov Nail Əlsafa oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 2215607-2125 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Əİəskərov Nail Əlsafa oğlu xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Quab şəhər, “Hiper stor” mağazasının qarşısında Zərərçəkmiş şəxs Əlsafa oğluna məxsus VAZ 2105 markalı avtomobilin şüşələrini qıraraq ona 154 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əİəskərov Nail Əlsafa oğlu Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığını, maşının şüşələrini uşağ sındırdığını, uşağın xəstə olduğunu, ziyanı ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əlsafa oğlu izahatında göstərmişdir ki, Nail onun qardaşıdır, 01 iyul 2025-ci il tarixdə saat 15:30 radələrində özünə məxsus “VAZ21015” markalı avtomobillə Quba şəhərinə ”Hiper-Storre” adlanan mağazaya daxil olmuş, oradan çıxdıqda ona məxsus avtomobilin şüşələrinin sındığını görmüşdür. Kamera görüntüsündə avtomobilin şüşələrinin qardaşı Nail tərəfindən sındırıldığı məlum olmuşdur. Ona 154 manat məbləğində ziyan dəymiş, ziyan ödənilməyib. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Əlisafa oğlu 01 iyul 2025-ci il tarixdə saat 16 radələrində Quba şəhəri, “Hiper-Store” mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus, dayanmış vəziyyətdə olan «VAZ21015» markalı, AZ **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşələrini sındıraraq, Zərərçəkmiş şəxs 154 manat məbləğində ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmişdir. Lakin qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinə görə Azərbaycan Respublikası Respublikasının CPM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Ona görə də toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Əlisafa oğlunun əməlində Azərbaycan Respublikası İXM 232.1 maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, Əİəskərov Nail Əlsafa oğlu Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Əİəskərov Nail Əlsafa oğlunun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Əİəskərov Nail Əlsafa oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əİəskərov Nail Əlsafa oğlu 154 manat ziyanın bir misli miqdarında, yəni 154 (yüz əlli dörd) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Əİəskərov Nail Əlsafa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 154 manat ziyanın 1 bir) misli miqdarında, yəni 154 (yüz əlli dörd) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-723/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-723/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver