Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-730/2020 27.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi ilə, DİN-nin Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, o, “xxxxxxxxxxxxxxxx" MMC-də xx xxxx 2020ci il tarixdən müddətli əmək müqaviləsilə üzlükçü-mozaikçi peşəsi üzrə usta işləyir. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində “Chevrolet Aveo” minik markalı ** CV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkət edərkən Bakı şəhəri Qaradağ rayonu ərazisində “Sədərək" ticarət mərkəzi yaxınlığında Yol patrul xidməti inspektoru onu saxlamış, sənədlərini yoxlamış və ona karantin rejimini pozduğunu, bu səbəbdən cərimə olunacağını bildirmişdir. Ona “xxxxxxxxxxxxxx”’ portalında MMC tərəfindən verilmiş iş icazəsinin olduğunu söylədiyinə baxmayaraq sənədlərini araşdırmadan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə 200 manat məbləğində cərimə etmişdir. Lakin o, karantin rejimini pozmamışdır. Belə ki, MMC tərəfindən ona icazə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək verilmiş, hadisə isə xx.xx.2020-ci il tarixdə baş vermişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində hətta inzibati xətanın baş verdiyi ərazi də göstərilməmişdir. xx xxxx 2020-ci il tarixdə həmin inzibati tənbeh vermə qərardan Azərbaycan Respublikası Daxili X8 Eyvazova elektron formatda şikayət vermiş, şikayətə cavab bu günə kimi verilməmişdir. Qərarda göstərilmişdir ki, məhkəməyə də şikayət verilə bilər. Göstərilənlərə əsasən, DİN-nin Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN-nin Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 13:06 radələrində karantin rejiminin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxx” portalının təsdiqlənmiş çıxarışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X3 “xxxxxxxxxxxxxxxx" MMC-də üzlükçü vəzifəsində işlədiyinə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri Abşeron rayonu ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxışına icazə verilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür kiX3 “xxxxxxxxxxxxxxxx" MMC-də xx xxxx 2020-ci il tarixdən müddətli əmək müqaviləsilə üzlükçü-mozaikçi peşəsi üzrə usta vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci tarixli Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarının 1-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Həmin qərarın 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Həmin qərarın 4-cü bəndinə əsasən bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmi sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları v hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.egov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənteh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, TP3776394 saylı, xx.xx.2020-ci il tarixli inzibatii tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir və X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Çünki, X2 şikayətə əlavə etdiyi “xxxxxxxxxxxxxx” portalının çıxarışından da aydın görünür ki, o karantin rejiminin qaydalarını pozmamış, onun Bakı şəhəri və Abşeron rayonu ərazisində qanunvericiliyə uyğun olaraq hərəkət icazəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, o cümlədən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DİN-nin Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilsin. DİN-nin Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və əməlində inzibati xətanın tərkibi olmadığı üçün X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-730/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-730/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver