Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-730/2022 29.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 22 yanvar 1988-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 26 iyul 2021-ci il tarixdə saat 02 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə canlı etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman Memar Əcəmi küçəsi ilə kəsişmədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hiussəsinin (2.4 “yol verin” yol nişanının) tələblərinə riayət etməyərək həmin vaxt hərəkət üstünlüyünə malik Quba şəhəri, M.Əcəmi küçəsi ilə hərəkətdə olan Quba şəhər sakini Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz 2101» markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Vaz 2101» markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs «sol qaşında, sol gicgahda, sol bazunun arxa səthində əzilmiş-cırılmış yaralar» olmaqla sağlamlığına yüngül zərər, sərnişin X3 AKBT baş beyinin orta dərəcəli əzilməsi, sol gicgah nahiyəsində epidural hematoma, alın paylarında hemorragik kontuziya ilə müşayiət olunan alın sümüyünün göz yuvasına keçən açıq qəlpəli basılmış sınığı, sol gicgah sümüyünün xətti sınığı, alın nahiyəsində əzilmişcırılmış yara, sağ çiyinində belində və sağ sağrıda əzilmiş-sıyrılmış yara olmaqla sağlamlığına ağır zərər, özünün isə «başın sol təpə gicgah nahiyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi» olmaqla sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Bu barədə Quba RPŞ-nin polis kapitanı X4 tərəfindən 18 dekabr 2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, 26 iyul 2021-ci il tarixdə saat 02 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə canlı etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman Memar Əcəmi küçəsi ilə kəsişmədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hiussəsinin (2.4 “yol verin” yol nişanının) tələblərinə riayət etməyərək həmin vaxt hərəkət üstünlüyünə malik Quba şəhəri, M.Əcəmi küçəsi ilə hərəkətdə olan Quba şəhər sakini Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz 2101» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Vaz 2101» markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs «sol qaşında, sol gicgahda, sol bazunun arxa səthində əzilmiş-cırılmış yaralar» olmaqla sağlamlığına yüngül zərər, sərnişin X3 AKBT baş beyinin orta dərəcəli əzilməsi, sol gicgah nahiyəsində epidural hematoma, alın paylarında hemorragik kontuziya ilə müşayiət olunan alın sümüyünün göz yuvasına keçən açıq qəlpəli basılmış sınığı, sol gicgah sümüyünün xətti sınığı, alın nahiyəsində əzilmiş-cırılmış yara, sağ çiyinində belində və sağ sağrıda əzilmiş-sıyrılmış yara olmaqla sağlamlığına ağır zərər, özünün isə «başın sol təpə gicgah nahiyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi» olmaqla sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs və Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin TQ-nun İstintaq bölməsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞnə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-730/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-730/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver