Məhkəmə qərarları › İş №3(027)-731/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-731/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-731/2021 24.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon PŞ-nin DYPB-nin DAM-nin inzibati xəta haqqında AP ******* saylı, 29.08.2021-ci il tarixli protokolun ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon PŞ-nin DYPB-nin DAM-nin əməkdaşı Azər Süleymanov tərəfindən tərtib edilmiş AP ******* saylı, 29.08.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 469.3 və 327.1-ci maddələrinin tələblərini pozmuşdur. Hal-hazırda X3 şikayət ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon PŞ-nin DYPB-nin DAM-nin inzibati xəta haqqında AP ******* saylı, 29.08.2021-ci il tarixli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə X3 şikayət ərizəsini onunla əsaslandı ki, 29 avqust 2021-ci il tarixdə o, idarə etdiyi Howo markalı ** CF *** Dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xudat şəhəri ərazisində hərəkətdə olarkən, yol ayrıcında işıqfora çatdıqdan sonra sağ tərəfə dönmə əməliyyatı edən zaman, arxasınca gələn Prado markalı avtomaşının sürücüsü, onu sağ tərəfə dönməyini nəzərə almadan o da, onun sağ tərəfiylə keçə biləcəyini güman edərək hərəkətini davam etdirmiş və bu zaman onun avtomaşının akumlyator yerləşən hissəsinə onun idarə etdiyi avtomaşın toxunmuş, Prado markalı avtomabilin yan güzgüsünün və avtomaşının ön hissəsinin bir balaca əzilməsi ilə nəticələnmişdir. Bundan sonra hadisə yerinə gələn X6 Xidmətinin əməkdaşları həmin avtomaşının «Rentakar»-a məxsus olmasını və nədənsə sürücünün yəhudi olmasını gördükdən sonra, onun dediklərini əsas tutaraq inzibati xəta haqqında protokolu onun barəsində deyil, mənim haqqımda tərtib etmişdir. Hesab edir ki, Yol Patrul Xidmətinin əməkdaşları haqqımda diskriminasiya tətbiq edərək, pradonun sürücüsünün varlı, onun kasıb olmağını, yük maşını idarə etməyini, pradonun sürücüsünün isə pullu adam olduğunu və idarə etdiyi avtomaşını «Rentakar»-dan icarəyə götürdüyünü əsas götürərək heç bir qanuni əsas olmadan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyi əsas gətirilərək haqqında inzibati xəta törətməyim barədə saxta protokol tərtib etmişdir. Bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrinə əsasən barəsində tərtib edilmiş İnzibati xəta haqqında AP ******* saylı 29 avqust 2021-ci il tarixli protokolu əsassız və qanunsuz olduğundan məhkəmə qərarına əsasən ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrinə əsasən barəsində tərtib edilmiş İnzibati xəta haqqında AP ******* saylı 29 avqust 2021-ci il tarixli tarixli protokolun ləğv edilməsi bаrədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon PŞ-nə məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Xaçmaz rayon PŞ-nin DYPB-nin DAM-nin inzibati xəta haqqında AP ******* saylı, 29.08.2021-ci il tarixli protokolunun ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 Xaçmaz rayon PŞ-nin DYPB-nin DAM-nin inzibati xəta haqqında AP ******* saylı, 29.08.2021-ci il tarixli protokolunun ləğv edilməsi barədə şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : X1 Xaçmaz rayon PŞ-nin DYPB-nin DAM-nin inzibati xəta haqqında AP ******* saylı, 29.08.2021-ci il tarixli protokolunun ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar