Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-731/2024 04.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı № ******* protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Quba Rayon Məhkəməsinin (hakim Aydın Babayev) xx.xx.2024-cü il tarixli 3(027)- 731/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən ixitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-452/2024 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(027)-731/2024 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi qərarının onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təhqir edilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş, zərərçəkmiş şəxs məhkəmə icraatı zamanı onun üç nəfər şəxsin yanında təhqir edildiyini bildirərək, video çəkiliş təqdim etmiş, birinci instansiya məhkəməsi həmin video çəkilişə məhkəmə iclasında baxsa da, video çəkilişdə nələrin əks olunması və həmin çəkiliş zamanı nəyi müəyyən etdiyini aydınlaşdırmamış, ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü zərərçəkmiş şəxsin ifadəsinin əsası kimi istinad etdiyi həmin üç nəfər şəxsin kimliyinin müəyyənləşdirilərək şahid qismində cəlb edilərək dindirilməsi təmin edilməmiş, nəticədə gəldiyi nəticə üzrə ziddiyyətli halların yaranmasını qaçılmaz etmişdir. Bu isə gəlinən nəticənin ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi dəyərləndirilməli olmasını mümkünsüz edir. Zərərçəkmiş şəxs hakimə etiraz ərizəsi ilə müraciət edərək, işə baxan hakimin işə obyektiv baxmasına şübhə ilə yanaşmasını əsas gətirərək, işə baxan hakimə etiraz etmiş, Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidova etirazının qəbul edilməsini, iş üzrə qanunauyğun və ədalətli qətnamə çıxarılması naminə işə baxılması üçün başqa hakimə verilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş hakimə etirazı təmin edilmiş, Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun icraatında olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə inzibati iş Quba Rayon Məhkəməsinin digər hakiminin icraatına verilmişdir. Məhkəmə iclasında Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Zərərçəkmiş şəxs şikayət edərək, Şəxs onu söyərək təhqir etdiyini bildirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında mülki mübahisələri vardır. Zərərçəkmiş şəxs ona qarşı qərəzlidir. Belə ki, Firuz dəfələrlə ona qarşı qıcıqlandırıcı ifadələr işlədərək mübahisə yaratmış və sonra gedib barəsində polisə şikayətlər etmişdir. xx.xx.2024-cü il tarixdə evdə olmuş, həyətdəki səs-küyə çıxaraq görmüşdür ki, Firuz onun yoldaşı ilə mübahisə edir. Ona məlum olmuşdur ki, Firuz həyətində quraşdırmış kameraları onun evinə tərəf tuşlamışdır. Yoldaşı da bundan narahat olub kameraların yığışdırılmasını tələb etmiş, Firuz da arvadı ilə mübahisə etdiyi üçün qəzəblənib Firuzu söymüşdür. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəxs onun yoldaşına məxsus torpaq sahəsini uzun müddət zəbt etmiş, sonradan o, məhkəmənin qərarı ilə həmin torpaq sahəsini geri almışdır. Bundan sonra Şəxs və onun arvadı İlhamə Nadirova onu harada görsələr nalayiq ifadələrlə söyüb təhqir edirlər. Hətta evinin həyətində olan kameralarla bağlı dəfələrlə aralarında mübahisələr olmuş, bir dəfə Şəxs oğlu kameranı vurub sındırdığı üçün sonuncu inzibati qaydada cərimə edilmişdir. Bu dəfə də mübahisə elə kameralara görə yaranmışdır. Belə ki, 28 avqust 2024-cü il tarixdə evinin həyətində quraşdırılmış kameralar ustalar tərəfindən təmir olunan zaman İlhamə Nadirova ona irad bildirərək mübahisə yaratmış və nalayiq ifadələr işlədərək təhqir etmişdir. Həmin vaxt Şəxs da gəlmiş və o da söyməyə başlamışdır. Sonda zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun valideynlərini söydüyü üçün bağışlamır və Şəxs ən ağır tənbeh verilməsini xahiş edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Azərbaycan Respubikası Təhsil Nazirliyində xırda xuliqanlıq edərək nazirliyin iş rejimini pozması tədqiq olunmuş materiallarla da tam təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında 01 ədəd video diskə baxış keçirilərkən müəyyən edilir ki, Zərərçəkmiş şəxs həyətində üç nəfər şəxs müşahidə kameralarının sazlanması ilə məşğul olarkən, Zərərçəkmiş şəxs qaranlıq vaxtı əlində telefonla öz həyətində dayanıb çəkiliş aparır, bu vaxt Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək təhqir edir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-731/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-731/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver